Məhkəmə qərarları › İş №2(016)-981/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-981/2025

04.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-981/2025 04.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Azərbaycan Respublikası Ağsu Rayonunun Ərəbsarvan X1 qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2115,81 manat, işsizlikdən sığorta Fonduna olan 80,86 manat, İcbari Tibbi Sığorta Fonduna olan 266,1 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, X6 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra mətndə - VN) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ağsu Rayon Ərəbsarvan Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2115,81 manat, İşsizlikdən Sığorta Fonduna 80,86 manat, İcbari Tibbi Sığorta Fonduna 266,1 manat olmaqla, ümumilikdə 2462,77 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq Fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VMin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********033900, xx.xx.2024-cü il tarixli, **********158100, xx.xx.2024-cü il tarixli, **********422700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən hüquqi şəxs haqqında ümumi məlumatdan görünür ki, əsas fəaliyyət növü səhiyyə sahəsində sair yerli özünüidarəetmə orqanlarının fəaliyyət olan Ağsu rayon Ərəbsarvan Bələdiyyəsi, Ağsu rayonu, Ərəbsarvan kəndində yerləşir, rəhbəri X4r. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli, **********033900, xx.xx.2024-cü il tarixli, **********158100, xx.xx.2024-cü il tarixli, **********422700 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinin dövlət büdcəsinə borcu vardır. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunda doğulmuş, Ağsu rayonu, Ərəbsarvan kəndində qeydiyyatdadır. VM-in: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. MPM-in: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. (355-7.3). Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. (355-7.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Ağsu rayon Ərəbsarvan Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün bələdiyyənin sədri X2 (Doğulduğu tarix: xx.xx.1993-cü il, Doğulduğu yer: Azərbaycan, Ağsu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: 5L4G7Q2, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE AA1247883) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTT ETDİ: Ərizə təmin edilsin. Ağsu rayon Ərəbsarvan Bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2115,81 manat, işsizlikdən sığorta Fonduna olan 80,86 manat, İcbari Tibbi Sığorta Fonduna olan 266,1 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X2 (Doğulduğu tarix: xx.xx.1993-cü il, Doğulduğu yer: Azərbaycan, Ağsu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: 5L4G7Q2, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE AA1247883) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar