Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-984/2025 15.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “birgə mülkiyyətdə olan payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı mülkiyyət hüququna dair JN 0063 KOD 40917058 olan dövlət Aktı əsasında birgə paylı mülkiyyətinə verilmiş 5,41 hektar torpaq sahəsindən onun payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə nigaha girib ailə qurmuşdur. Nikahları bağlanarkən ər soyadı olan Əhmədova soyadını qəbul etmişdir. Birgə nikah dövründə olarkən Ağsu rayon Aqrar islahat Komisiyasının 1999-cu il 10 may tarixli 02 nömrəli qərarı ilə yaşadıqları Ağsu rayonunun Ağabəyli kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərlən sərhəd daxilində aşağıdakı şəxslərə: X9(keşmiş qayınatası -ölüb): X7(keşmiş qayınanası- ölüb); Cavabdeh1 (keçmiş qayınxatnısı); Əhmədova(hazırkı ər soyadı Pirəlıyeva) Ədilə Sərxan qızı(keçmiş qayınxatnısı); Cavabdeh3-keçmiş əri; X8-yəni o, birgə paylı mülkiyyətimizə 5,41 hektar torpaqa mülkiyyət hüququna dair JN 0063 KOD 40917058 olan dövlət Aktı verilmişdir. Sonradan onun Cavabdeh3 ilə nikahı ləğv edilmişdir. Bu barədə Ağsu rayon Qeydiyyat şöbəsinin nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabının 2004-cü ilin oktyabr ayının 28-ci günündə 23 nömrə ilə qeyd edilmiş və o boşanma haqqında AB 002133 №-li Şəhadətnamə almışdır. Nikahı ləğv olunduqdan sonra ata soyadı olan Əkbərova soyadına qıyıtmışdır. Nikahları pozulduqdan sonrakı uzun illərdə öz payına düşən torpaq saəsindən o istifadə etməmiş və heç vaxt payına düşən hissədə dövlətdən subsidiya almamışdır. Həmin torpaq sahəsini həmişə cavabdehlərdən Cavabdeh1 əkib becərərək dövlətdən də subsidiyanı almışdır. Yalnız son iki ildə torpaq sahəsindən təxminən 1 hektarına yaxın hissəsini razılıqla qardaşı əkib becərir və məhsulunu satıb pulunu ona verir. Lakin subsidiyasını isə ala bilmirlər. Ona görə həmin torpaq sahəsindən onun payının müəyyən edilməsini tələb edir ki, bundan sonra mülkiyyət hüquqna dair Çıxarış alıb və bunun əsasaında da subsidiya ala bilsim. Onu da göstərir ki, keçmiş qayınatası ilə qayınanasının ölümlərinə dair sənədlərinin alınması lazım gələrsə bunu cavabdehlərdən tələb edilməli və məhkəmə tərəfindən qeydiyyat şöbəsindən tələb alınmasını xahiş edir. Bu sənədlərin alınması onun tələbinə təsir etmir, belə ki, o öz payının müəyyən edilməsini tələb edir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında çıxış edərək iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh2 məhkəməyə elektron ərizə ünvanlayaraq İddiaçı öz torpaq payının adına keçirilməsinə və ümumi paydan ayırmasına narazı olmadığını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN 0063 KOD 40917058 olan dövlət Aktından görünür ki, Aqrar islahat Komisiyasının 1999-cu il 10 may tarixli 02 nömrəli qərarı ilə yaşadıqları Ağsu rayonunun Ağabəyli kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərlən sərhəd daxilində aşağıdakı şəxslərə: X9, X7, Cavabdeh1, Cavabdeh1, Cavabdeh3, X4 5,41 hektar torpaq sahəsi birgə paylı mülkiyyətlərinə verilmişdir. - AB № 002133 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasındakı nikah xx.xx.2004-cü il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydlər kitabında 23 nmrə ilə qeyd edilmişdir. - 19.09.2022-ci il tarixdə verilmiş AZ-İİ № 294483 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 178 № ilə qeyd edilmişdir. - 19.09.2022-ci il tarixdə verilmiş AZ-İİ № 294484 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 12 № ilə qeyd edilmişdir. - Ağsu rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli 402 nömrəli məktubundan görünür ki, X9 və X2 adına Ağsu rayon notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər Ağsu rayonunun Ağabəyli kəndində yaşamaqla Aqrar islahat Komisiyasının 1999-cu il 10 may tarixli 02 nömrəli qərarına əsasən X5, X2, Cavabdeh1, X1, Cavabdeh3, X3 mülkiyyətinə 5,41 hektar torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X9 xx.xx.2013-cü tarixdə və X7 xx.xx.1998-ci il tarixdə ölmüşdürlər. Hazırda iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə paylarının müəyyən edilməsini tələb edir və cavabdehlərdə etiraz etmir. Odur ki, iddia tələbi təmin edilməli, Ağsu rayonu, Ağabəyli kəndi ərazisində torpağa mülkiyyət hüququna dair JN 0063 KOD 40917058 olan dövlət Aktına əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış 5,41 hektar torpaq sahəsi üzrə tərəflərin payları 1/6 hissədə müəyyən olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağsu rayonu, Ağabəyli kəndi ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN 0063 KOD 40917058 olan dövlət Aktına əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış 5,41 hektar torpaq sahəsinə İddiaçı 1/6 hissədə pay hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-984/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-984/2025
15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver