Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1027/2023 23.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN- 520, KOD 60807018 nömrəsi ilə qeydiyyata alınmış 1,76 hektar torpaq sahəsindən ona çatası payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə ona və cavabdehlərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,76 ha torpaq sahəsi verilmişdir. Ailə üzvlərindən qardaşı X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Ona məxsus torpaq sahəsinin naturada ayrılaraq ayrıca çıxarış alması üçün ailə üzvlərinə, yəni cavabdehlərə müraciət etsə də, cavabdehlər buna razı olmamış və ona məxsus torpaq sahəsinin naturada ayrılmasına maneələr törətmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998ci il tarixli, 01 nömrəli qərarı ilə JN-520, KOD 60807018 nömrəsi ilə qeydiyyata alınmış 1,76 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsindən ona çatası payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 məhkəmə baxışı zamanı iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı onun oğlu, digər ərizəçinin isə ailə üzvləridir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya və onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,76 ha torpaq ahəsi verilmişdir. Həmin torpaq sahələri ümumi birgə mülkiyyətə verilmişdir. Əvvəlcə torpaq sahəsinin bölünməsinə razı olmasalar da, hazırda göstərilən torpaq sahəsindən iddiaçıya düşən payın naturada ayrılaraq İddiaçı verilməsinə razıdırlar və bu barədə qətnamə çıxarılmasına heç bir etirazları yoxdur. Cavabdeh2 məhkəmədə iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasına etirazının olmamasını bildirmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-520, KOD 60807018 saylı mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 1,76 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27 iyul 2017-ci il tarixdə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə JN-520, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 1,76 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı da cavabdehlər iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh3 JN-520, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 1,76 ha torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,35 ha (1,76:5=0,35 ha) torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, İddiaçı, X2 və Cavabdeh3 JN-520, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 1,76 ha torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,35 ha (1,76:5=0,35 ha) torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1027/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1027/2023
23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver