Məhkəmə qərarları › İş №2(017)-106/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-106/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-106/2024 16.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən onlara verilmiş JN-215 kod, 60803038 serialı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunmuş 2.03 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh1 onun keçmiş həyat yoldaşı, Cavabdeh2 və Cavabdeh3 isə onun övladlarıdır. Cavabdeh1 ilə məhkəmə qaydasında rəsmi olaraq ayrılmış və uşaqları Cavabdeh1 yanında yaşayır. Ona görə də ona düşən pay torpaq sahəsini paylara uyğun olaraq bölünməsini və paylar məhkəmə qaydasında ayrılıb ona düşən torpaq sahəsi müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar slahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən onlara verilmiş JN-215 kod, 60803038 serialı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunmuş 2.03 hektar torpaq sahəsi paylara uyğun olaraq bölünməsini və ona düşən torpaq sahəsi ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinin tələbinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-215, KOD 60803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Hacılar kəndində yerləşən 2,03 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə JN-215, KOD 60803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Hacılar kəndində yerləşən 2,03 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-215, KOD 60803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hacılar kəndində yerləşən 2,03 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,5075 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-215, KOD 60803038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hacılar kəndində yerləşən 2,03 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,5075 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar