Məhkəmə qərarları › İş №2(017)-108/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-108/2023

20.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-108/2023 20.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Bilağan kəndi ərazisində 0,61 ha torpaq sahəsi ona, bacısı İddiaçı2 isə 0,39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına JN 361 kod 60803028 nömrəli, bacısının adına isə JN 364 kod 60803028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Cavabdeh ona və bacısına məxsus torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneə olur və bildirir ki, həmin torpaq sahələri ona verilmişdir. Cavabdeh torpaq sahələrini özbaşına tutaraq, həmin torpaq sahəsini əkib-becərilməsinə onlara imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.i Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqlarını bildirdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 361 kod 60803028 nömrəli dövlət aktınin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinə Ağcabədi rayonunun Bilağan kəndi ərazisindən 0,61 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 361 kod 60803028 nömrəli dövlət aktı verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 364 kod 60803028 nömrəli dövlət aktınin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən İddiaçı2 Ağcabədi rayonunun Bilağan kəndi ərazisindən 0,39 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 364 kod 60803028 nömrəli dövlət aktı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0361 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparılan zaman müəyyən olundu ki, mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin eyni zamanda digər kənd sakinlərinin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüləri ilə onlara məxsus hüquq müəyyənedici sənədlərdə qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Ona görə də İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsinin bölgü layihəsində qeyd olunan sıra ardıcıllığına və X6 İnformasiya Sisteminə (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X5 tərəfindən istifadə olunur. İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi (qeyd olunan torpaq sahəsinin X6 İnformasiya Sistemində (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer) bütövlükdə X5 tərəfindən istifadə olunur. Torpağa mülkiyyət hüququna dair JN 0361 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür. Torpağa mülkiyyət hüququna dair JN 0364 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparılan zaman müəyyən olundu ki, mübahisəli ərazidə yerləşən, iddiaçı və cavabdehin eyni zamanda digər kənd sakinlərinin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüləri ilə onlara məxsus hüquq müəyyənedici sənədlərdə qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Ona görə də İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin bölgü layihəsində qeyd olunan sıra ardıcıllığına və X6 İnformasiya Sisteminə (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer müəyyən edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X2 və X4 tərəfindən istifadə olunur. İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsi (qeyd olunan torpaq sahəsinin X6 İnformasiya Sistemində (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer) bütövlükdə X2 və X4 tərəfindən istifadə olunur. Torpağa mülkiyyət hüququna dair JN 0364 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinə Ağcabədi rayonunun Bilağan kəndi ərazisindən 0,61 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 361 kod 60803028 nömrəli dövlət aktı verilmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarına əsasən İddiaçı2 Ağcabədi rayonunun Bilağan kəndi ərazisindən 0,39 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 364 kod 60803028 nömrəli dövlət aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0361 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparılan zaman müəyyən olundu ki, mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin eyni zamanda digər kənd sakinlərinin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüləri ilə onlara məxsus hüquq müəyyənedici sənədlərdə qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Ona görə də İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsinin bölgü layihəsində qeyd olunan sıra ardıcıllığına və X6 İnformasiya Sisteminə (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X5 tərəfindən istifadə olunur. İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi (qeyd olunan torpaq sahəsinin X6 İnformasiya Sistemində (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer) bütövlükdə X5 tərəfindən istifadə olunur. Torpağa mülkiyyət hüququna dair JN 0361 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,61 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Torpağa mülkiyyət hüququna dair JN 0364 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparılan zaman müəyyən olundu ki, mübahisəli ərazidə yerləşən, iddiaçı və cavabdehin eyni zamanda digər kənd sakinlərinin istifadəsinə verilmiş torpaq sahəsinin ölçüləri ilə onlara məxsus hüquq müəyyənedici sənədlərdə qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Ona görə də İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin bölgü layihəsində qeyd olunan sıra ardıcıllığına və X6 İnformasiya Sisteminə (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer müəyyən edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X2 və X4 tərəfindən istifadə olunur. İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsi (qeyd olunan torpaq sahəsinin X6 İnformasiya Sistemində (TEKUİS) əks olunan faktiki istifadə vəziyyətinə görə yerləşməli olduğu yer) bütövlükdə X2 və X4 tərəfindən istifadə olunur. Torpağa mülkiyyət hüququna dair JN 0364 kod 60803028 nömrəli dövlət aktına əsasən İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonunun Bilağan kəndi ərazisində yerləşən 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçıların iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçıların göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci iddiaçılardan alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair iddiaları təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar