Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-109/2024 21.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 704, KOD 60807018 saylı Dövlət aktına əsasən Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,38 ha torpaq sahəsinin onlara düşən hissədə naturada ayrılaraq çıxarış alınması üçün onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 704, KOD 60807018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara verildiyi vaxtdan bu günə qədər cavabdehlər tərəfindən istifadə edilir və onlarla cavabdehlər arasında torpağın istifadəsi və torpaq üzərində sərəncam verməklə bağlı mübahisə yaranmışdır. Belə ki, o və digər iddiaçılar öz pay torpaqlarını ayrıca istifadə etmək istəyirlər və cavabdehlər də buna imkan vermirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 704, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X1, İddiaçı2, İddiaçı1, X2, Cavabdeh2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 18 mart 2019-cu ildə, X1 15 sentyabr 2019-cu ildə ölmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 15 yanvar 1998-ci il tarixli, 01 saylı Dövlət aktına əsasən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən (hər birinə 0,34 ha olmaqla) 1,02 ha hissəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq naturada ayrılması mümkündür. Məhkəmə iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X1, İddiaçı2, İddiaçı1, X2, Cavabdeh2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə JN 704, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, həmin torpaq sahəsindən iddiaçıların payına düşən hissəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X1, İddiaçı2, İddiaçı1, X2, Cavabdeh2 və İddiaçı3 JN-704, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payına düşən 0,34 ha, cəmi 1,02 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X1, İddiaçı2, İddiaçı1, X2, Cavabdeh2 və İddiaçı3 JN-704, KOD 60807018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 2,38 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payına düşən 0,34 ha, cəmi 1,02 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-109/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-109/2024
21.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver