Məhkəmə qərarları › İş №2(017)-11/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-11/2024

07.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-11/2024 07.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun Arazbar kəndi ərazisindən ona və ailə üzvlərinə (5 nəfərə) 2,45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 0073 kod 60802018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Digər payçılar pay torpaq sahəsindən ona düşən hissənin ayrılıb verilməsinə razı olsalar da Cavabdeh buna razılıq verməmişdir. Öz payından sərbəst istifadə edə bilmir, öz payına düşən hissənin ayrılmasını tələb etsə də bu mümkün olmamışdır. Payına düşən torpaq sahəsi bir tərəfdən bölünərək ona təhvil verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0073 kod 60802018 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində 2,45 ha torpaq sahəsi 5 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən İddiaçı paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində mülkiyyətçilərin payı bərabər olmaqla, hər birinin payı 0,49 ha təşkil edir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, XX-jq 302417 nömrəli doğum və AZ-İİ 297684 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1996-cı il tarixdə Ağcabədi rayonunun Arasbar kəndində anadan olmuş, xx.xx.2019-cu nikaha daxil olduqdan sonra ona “Tağızadə” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cu il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/2896 nömrəli ekspert rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0073 kod 60802018 nömrəli dövlət aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş 2,45 ha torpaq sahəsindən İddiaçı payına düşən hissəsinin naturada ayrılması mümkündür. Torpaq sahəsinin bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək Torpağa mülkiyyət hüququna dair JN 0073 kod 60802018 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 2,45 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,49 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq, torpaq sahəsinin bölgü sxemi nəzərə alınaraq sərhədləri müəyyən olunub bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-719/2023 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 95 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 95 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0073 kod 60802018 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 2,45 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,49 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plancizgisinə uyğun olaraq, torpaq sahəsinin bölgü sxemi nəzərə alınaraq sərhədləri müəyyən olunub bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 95 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar