Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1320/2023 28.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Quliyeva) Günay Aruz qızının, İddiaçı4 və Əhmədova (Əliyeva) Şeyda Abdulla qızının Cavabdeh qarşı ümumi əmlakdan payın müəyyən olunması və payların naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Quliyeva) Günay Aruz qızı, İddiaçı4 və Əhmədova (Əliyeva) Şeyda Abdulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişlər ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən Ağcabədi şəhəri «Yastı yol» ərazisindən 4.50 ha torpaq sahəsi 7 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Buna dair adlarına Torpağa mülkiyyət hüququna dair JN 0041 saylı, 60801004 kod nömrəli Dövlət aktı verilmişdir. Onlar bir ailənin üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da naturada ayrılmamışdır. Cavabdehlə aralarında mübahisə olduğuna görə torpağı bir yerdə əkibbecərə bilmirlər. Cavabdeh ilə bir neçə illərdir ki, əlaqələri yoxdur. Belə ki, o, onlara düşən torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Cavabdeh ilə əlaqələri olmadığına görə həmin torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmamışdır. Paylarına düşən torpaq sahəsi Dövlət aktında göstərilən ardıcıllığa uyğun bir tərəfdən bölünərək onlara verilməlidir. Ona görə məhkəmədən iddia ərizəsinin təmin edilməkə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0041 saylı, 60801004 kod nömrəli Dövlət Aktında qeyd edilmiş 4.50 ha torpaq sahəsinin naturada bölünərək payların müəyyən edilməsi faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh onun doğma qardaşı olduğunu, qardaşı Azərin 1998-ci ildən Rusiya Federasiyasının Perim şəhərinə getdiyini, orada ailə qurub yaşadığını, 1998-ci ildən hazırkı tarixədək Azərbaycan Respublikasına gəlmədiyini və heç bir əlaqə saxlamadığını bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan JN-0041 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, İddiaçı1, X3, İddiaçı2, X4, Cavabdeh, İddiaçı4 və X2 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,50 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 1936-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1971-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxxx 1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1975-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx xxxxxxx 1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 30 oktyabr 1973-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək dövlət aktına əsasən Ağcabədi şəhəri «Yastı yol» ərazisində yerləşən 4,50 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Quliyeva) Günay Aruz qızının, İddiaçı4 və Əhmədova (Əliyeva) Şeyda Abdulla qızının payına düşən 0,6428 ha torpaq sahəsi naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməlidir. Torpağa mülkiyyət hüququna dair JN 0041 saylı, 60801004 kod nömrəli Dövlət aktına əsasən Ağcabədi şəhəri «Yastı yol» ərazisində 4,50 ha pay torpaq sahəsindən İddiaçı1, İddiaçı2, Əliyeva (Quliyeva) Günay Aruz qızı, İddiaçı4 və Əhmədova (Əliyeva) Şeyda Abdulla qızının hər birinin payına düşən 0,6428 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0041 saylı, 60801004 kod nömrəli Dövlət aktına əsasən Ağcabədi şəhəri «Yastı yol» ərazisində 4,50 ha pay torpaq sahəsindən İddiaçı1, mərhum X5, İddiaçı2, X6, Cavabdeh, İddiaçı4 və X1 hər birinin payına düşən 0,6428 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1320/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1320/2023
28.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver