Məhkəmə qərarları › İş №2(017)-1353/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1353/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1353/2023 10.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən 2103,19 manat məbləğində verilmiş sığorta ödənişinin, 41,44 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqı xərcinin əvəzinin cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət etmişdir. ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirirlmiş, zərərin məbləği 7103,19 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 7103,19 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası İddiaçı ASC olduğundan şirkət tərəfindən 5000 manat məbləğində vəsait sığorta ödənişi məbləğindən çıxılmışdır. xx.xx.2020-ci il tarixdə qalıq məbləğ olan 2103,19 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2103,19 manat məbləğində vəsaitin və 41,44 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqı xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Cavabdehin ondan tələb olunan 2013,19 manat məbləğində pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur, hissə-hissə ödəməyə söz verir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, C-MİS-1258/19 nömrəli “avtonəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsinə əsasən (sığortalı – "xxxx" MMC, sığorta predmeti – ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də xx.xx.2019-cu il saat 00:00-dan xx.xx.2020-ci il saat 23:59-dək “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində faydalanan şəxs "xxxx" MMC-nin əmlakına dəymiş zərərin məbləği 7103,19 manat olmaqla sığorta ödənişinin məbləği 7103,19 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, PAŞA SİĞORTA ASC tərəfindən 7103,19 manat sığorta ödənişi həyata keçirilmiş, ödənilmiş məbləğdən 5000 manat çıxılmışdır. Qalan 2103,19 manat məbləğində vəsaitin 15 gün müddətinə ödənilməsi barədə Cavabdeh məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta ödənişinin surətindən görünür ki, İddiaçı ASC "xxxx" MMC-nin bank hesabına 7103,19 manat sığorta ödənişi etmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (mad. 21). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (mad. 1096). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (mad. 1097). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən ** JK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət etmişdir. ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirirlmiş, zərərin məbləği 7103,19 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 7103,19 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası İddiaçı ASC-də olduğundan şirkət tərəfindən 5000 manat məbləğində vəsait sığorta ödənişi məbləğindən çıxılmışdır. xx.xx.2020-ci il tarixdə qalıq məbləğ 2103,19 manat olan subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, avtomobilə vurulmuş zərərə görə ödənilmiş 2103,19 manat məbləğində sığorta ödənişi cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2103,19 manat sığorta ödənişi, 41,44 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı xərcinin əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar