Məhkəmə qərarları › İş №2(017)-1404/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1404/2023

12.06.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1404/2023 12.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Ağcabədi rayonu Poadlı Bələdiyəsi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 40 manat məbləğində ( o cümlədən, maliyyə sankiyası üzrə 40 manat) İcbari Tibbi Sığorta Fonsuna 182,46 manat, İşsizlikdən sığorta fonduna 55,48 manat Dövlət Sosial Müdafiə Fonduna 2325,44 manat olmaqla, ümumilikdə 2603,38 maat borcu vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə ərizəçinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin xahişini nəzərə alaraq işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə onun iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Ağcabədi rayon Poadlı kəndində yaşayır və Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədridir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsi hesab vərəqəsindən və vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Ağcabədi rayonu Poadlı Bələdiyəsinin dövlət büdcəsinə ümumilikdə 2603,38 manat vergi borcu vardır və həmin borcun ödənilməsi ondan tələb olunmuşdur. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Ağcabədi rayonu Poadlı Bələdiyəsinin dövlət büdcəsinə ümumilikdə 2603,38 manat vergi borcu olduğundan və Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədri Maraqlı şəxs Ağcabədi rayon Poadlı kəndində yaşadığından, ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. Ağcabədi rayonu Poadlı Bələdiyəsinin sədri, xx xxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən təqdim olunduğu vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar