Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-163/2024 06.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobil və ya onun dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan AD N705339 saylı texniki pasportlu, 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin və ya onun dəyəri olan 6000 manat pulun və ödəmiş olduğu 90 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Cavabdeh ilə hissə-hissə ödəmək şərti ilə 6000 manata razılaşmışlar və Cavabdeh sürmə hüququ verən etibarnamə vermişdir. Avtomobili Cavabdeh təhvil verdikdən sonra Cavabdeh ona pul ödəməmişdir. Bu səbəbdən də, xx.xx.2020-ci il tarixdə sürmə hüququ verən etibarnaməni ləğv etdirmişdir. Cavabdeh ilə sonralar dəfələrlə avtomobili geri qaytarması üçün əlaqə saxlamağa çalışsa da, alınmamışdır. Mülkiyyətində olan 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması üçün xx.xx.2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Ağcabədi Rayon Polis Şöbəsinin 27 iyul 2023-cü il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin və ya onun dəyəri olan 6000 manat pulun və ödəmiş olduğu 90 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan AD 705339 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin sahibi İddiaçıdur. İşdə olan Ağcabədi Rayon Polis Şöbəsinin 27 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti məhkəmə aidiyyatı olduğu üçün ona məhkəməyə müraciət etməsi izah etməsi izah edilmişdir. İşdə olan Cavabdeh Ağcabədi Rayon Polis Şöbəsinə vermiş olduğu izahatından görünür ki, 2019-cu ildə Müqabil adlə şəxslə hər ay 300 manat ödəmək şərti ilə razılaşaraq “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobili almış, pulu ödəyə bilməmiş və avtomobil yararsız hala düşdüyü üçün metallom kimi satmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddianın əsası kimi cavabdehin qanunsuz sahibliyindən tələb olunan “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil iddaçı İddiaçı mülkiyyətindədir və iddiaçı həmin avtomobili cavabdehdən geri ala bilməməsi səbəbindən öz mülkiyyətindən istifadə etməsi qeyri-mümkün olmuşdur. Bundan başqa, Cavabdeh X2 vermiş olduğu izahatı ilə müəyyən olunmuşdur ki, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil yararsız vəziyyətə düşdüyü üçün metallom kimi satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh olmadığı halda həmin avtomobilin dəyəri olan (tərəflərin arasında olan razılaşmaya əsasən) 6000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil və ya olmadıqda onun dəyəri olan 6000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 03 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 90 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1984-cü il buraxılışlı, “VAZ 2107” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil və ya olmadıqda onun dəyəri olan 6000 (altı min) manat pul və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-163/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-163/2024
06.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver