Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-173/2025 09.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması iclasında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 475, KOD 60800028 saylı Dövlət aktına əsasən Ağcabədi rayonunun Şənlik kəndində yerləşən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 3,41 ha torpaq sahəsinin onlara düşən hissədə naturada ayrılaraq çıxarış alınması üçün onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 475, KOD 60800028 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara verildiyi vaxtdan bu günə qədər cavabdehlər tərəfindən istifadə edilir və onlarla cavabdehlər arasında torpağın istifadəsi və torpaq üzərində sərəncam verməklə bağlı mübahisə yaranmışdır. Belə ki, o və digər iddiaçı öz pay torpaqlarını satmaq istəyirlər və cavabdehlər də buna imkan vermirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 475, KOD 60800028 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və digər cavabdehə qarşı torpaq sahəsinin naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər. İddianl qəbul edir və torpaq sahəsinin naturada ayrılmasına heç bir etirazları yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 475, KOD 60800028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X5, Cavabdeh2, X3, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 19 oktyabr 2017-ci ildə, X4 18 iyul 2004-cü ildə ölmüşlər. Məhkəmə iddiaçı, cavabdeh və digər iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X5, Cavabdeh2, X3, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətinə JN 475, KOD 60800028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X5, Cavabdeh2, X3, İddiaçı2 və X1 JN-475, KOD 60800028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0,56 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Cavabdeh1, X5, Cavabdeh2, X3, İddiaçı2 və X1 JN-475, KOD 60800028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 3,41 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0,56 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-173/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-173/2025
09.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver