Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1777/2024 05.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə Torpaq sahəsindən payın naturada ayrılması, torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və sənədin şəxsə məxsus olması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisində yerləşən ümumi sahəsi 2,86 ha torpaq sahəsinin paylara uyğun olaraq ona aid hissənin naturada ayrılması, torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və sənədin şəxsə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisindən 2,86 ha torpaq sahəsi 4 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən onun paylı mülkiyyətinə verilmişdir. Buna dair adlarına Torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktı verilmişdir. Onlar bir ailənin üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da naturada ayrılmamışdır. Cavabdehlə aralarında mübahisə olduğuna görə torpağı bir yerdə əkibbecərə bilmirlər. Payların ayrılması barədə Cavabdeh razılaşmadığına görə torpağın naturada bölünməsi və sənədləşdirilməsi mümkün olmamışdır. Paylarına düşən torpaq sahəsi dövlət aktında göstərilən ardıcıllığa uyğun bir tərəfdən bölünərək ona verilməlidir. Eyni zamanda verilmiş dövlət aktında onun ata adı “Temir” əvəzinə “Temur” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Bu da onlara verilmiş torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisindən 2,86 ha torpaq sahəsi 4 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Buna dair adlarına Torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktı verilmişdir. Əli onun doğma qardaşıdır. Digər payçılar da ailə üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da rəsmən naturada ayrılmamışdır. Əliyə düşən payın ayrılmasına etiraz etmir. Lakin iddianın “torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması” hissəsində qəbul etmir. Onun tərəfindən torpaqdan istifadə ilə bağlı hər hansı bir maneə olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisində 2,86 ha torpaq sahəsi X3, Cavabdeh Temir oğlu, İddiaçı Temur oğlu və X1 paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində mülkiyyətçilərin payı bərabər olmaqla, hər birinin payı 0,715 ha təşkil edir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZB 045947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin “atası” qrafasında X4 yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-2117/69 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2028-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında xx.xx.2018-ci il tarixli 03 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək dövlət aktına əsasən Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisində yerləşən 2,86 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,715 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilməlidir. Eyni zamanda torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktında qeyd edilən İddiaçı Temur oğlu ilə İddiaçı eyni şəxs olması və dövlət aktının 4 nəfərə, o cümlədən ona məxsus olması iddiaçının və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin torpaqdan istifadəyə yaratdığı maneə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, iddia sənədin şəxsə məxsus olması hissəsində də təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktının 4 nəfərə, o cümlədən İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt da müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktının 4 nəfərə, o cümlədən İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Torpağa mülkiyyət hüququna dair JN 291 kod 60804028 nömrəli dövlət aktına əsasən Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisində 2,86 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,715 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1777/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1777/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver