Məhkəmə qərarları › İş №2(017)-1856/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1856/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1856/2023 03.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi və manat mənəvi zərərə görə 990 manat pul və ödəmiş olduğu 30 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 29 aprel 2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək ona kəsici alətlə xəsarət yetirmək istəmişdir. Bu zaman o, Cavabdeh sakitləşdirmək istəmiş, lakin, Cavabdeh onun yaşadığı evin darvazasına təpiklə vuraraq zərər yetirmişdir. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək Cavabdeh sakitləşdirib polis şöbəsinə aparılmışdır. Hadisə ilə bağlı Ağcabədi Rayon polis şöbəsində araşdırma aparılaraq 15 iyul 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Cavabdeh onun darvazasına 200 manat ziyan vurduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə 300 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində stress, həyəcan keçirmiş, sarsıntıya düşmüş və həmçinin də dəfələrlə polis şöbəsinə və məhkəməyə gəlib-getmişdir. Bunun da nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh maddi və manat mənəvi zərərə görə 990 manat pulun və ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun həmkəndlisi və qonşusudur və uzun müddətdir ki aralarında narazılıqlar var. 28 aprel 2023-cü il tarixdə yaşadığı evdə təkspirtli içki qəbul etmişdir. Daha sonra siqaret almaq üçün küçələrində yerləşən mağazaya gedərkən İddiaçı öz qapılarının yanında dayandığını görmüşdür. Ona yaxınlaşaraq qardaşı oğlunu nə üçün tutdurduğunu soruşmuşdur. Bu zaman İddiaçı əsəbləşərək evdən bel gətirmiş və ona bellə vurmuşdur. Daha sonra İddiaçı ondan DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. İddiaçının göstərdikləri yalan və böhtandır. Ona görə də iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixdə İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı darvazasını təpiklə vurub əzərək İddiaçı 200 manat məbləğində maddi ziyan vurmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(017)-624/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsrli bilinərək 300 manat məbləğində cərimə edilmişdir ondan ötrü ki, o 28 aprel 2023-cü il tarixdə İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı darvazasını təpiklə vurub əzərək İddiaçı 200 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən və Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(017)-624/2023 saylı qərarının surətindən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsrli bilinərək 300 manat məbləğində cərimə edilmişdir ondan ötrü ki, o 28 aprel 2023-cü il tarixdə İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı darvazasını təpiklə vurub əzərək İddiaçı 200 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixdə İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı darvazasını təpiklə vurub əzərək İddiaçı 200 manat məbləğində maddi ziyan vurmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(017)-624/2023 saylı qərarı ilə Cavabdeh bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə təqsrli bilinərək 300 manat məbləğində cərimə edilmişdir Lakin, İddiaçı Cavabdeh qarşı maddi və manat mənəvi zərərə görə 990 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və yuxarıda qeyd olunan, yəni sübut etmək vəzifəsindən azad edildiyi məhkəmə qərarı ilə müəyyən edilmiş 200 manat məbləğində maddi ziyan vurulmasından başqa, tələb olunan digər məbləğlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh maddi zərərə görə 200 manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 03 avqust 2023-cü il tarixli və 29 iyul 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 200 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 230 (iki yüz otuz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar