Məhkəmə qərarları › İş №2(017)-19/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-19/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-19/2025 24.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, iddiaçı və iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iştirakı ilə Torpaq sahəsinin ayrılaraq təhvil verilməsi tələbinə dair mülki işə Ağcabədi şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X3 və X4 qarşı “torpaq sahəsinin ayrılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhəri ərazisində yerləşən 11,7702 ha torpaq sahəsi onların, eyni zamanda 16 nəfərin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına Çıxarış verilmiş, həmin Çıxarışda 16 nəfər hüquq sahiblərinin adları qeyd olunmuşdur. Cavabdehlər onlara torpaq sahəsindən sərbəst istifadə etməsinə maneə olur və əkib becərmələrinə imkan vermirlər. Başqa sözlə, torpaq sahəsindən bir yerdə istifadə olunması mümkün deyildir. Payçılar arasında paylara uyğun olaraq torpaq sahəsinin naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmirlər. Mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən və paylarına düşən torpaq sahəsinin naturada ayrılmasını və paylarına düşən hissənin onlara təhvil verilməsini, ümumilikdə iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri ərazisində kənd təsərrüfatı təyinatlı 11,7702 ha torpaq sahəsi 16 nəfərin, o cümlədən İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-6454/2024 nömrəli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 10/7161 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən 16 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş, 11,7702 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 paylarına düşən hissənin naturada bölünməsi mümkündür. İddiaçıların paylarına düşən torpaq sahəsinin ərazisini yuxarıda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində hər adam başına görə müəyyən edilmiş hektara uyğun (11,7702 ha : 16 = 0,7356 ha) ayırmaq mümkündür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10/7161 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan AZ-İ 983603 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 295944 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ 059836 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Ağcabədi şəhəri ərazisində yerləşən 11,7702 ha torpaq sahəsindən payları bərabər hesab edilməklə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin payına düşən torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada ayrılaraq onlara təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-1390/2024 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 120 manat məbləğində pul İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 120 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlərdən alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Ağcabədi şəhəri ərazisində yerləşən 11,7702 ha torpaq sahəsindən payları bərabər hesab edilməklə (torpaq sahəsinin hüdudları daxilində hər adam başına görə müəyyən edilmiş hektara uyğun (11,7702 ha : 16 = 0,7356 ha)) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin payına düşən torpaq sahəsi (torpaq sahəsinin ölçü plancizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada ayrılaraq onlara təhvil verilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 120 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 müştərək qaydada alınaraq İddiaçı2 ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar