Məhkəmə qərarları › İş №2(017)-1944/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1944/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1944/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evinə icazəsiz gəlib getməyə, narahat etməyə yönəlmiş hərəkətlərə, mülkiyyətdən istifadə hüquqlarına mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evinə icazəsiz gəlib getməyə, narahat etməyə yönəlmiş hərəkətlərə, mülkiyyətdən istifadə hüquqlarına mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağdaş rayonunun Xosrov kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh onun gəlnidir. Rəsmi olaraq oğlu İsmayıldan 2017-ci ildə boşanmış, özünə məxsus bütün əmlaklarını da götürüb getmişdir. Sonradan gəlib onun evində yaşamaq istəyir. Buna razı deyil, onun evində yaşaması üçün heç bir qərar yoxdur. Cavabdehin onun evində qeydiyyatı da yoxdur. Hər dəfə onun evinə gəlib qanunsuz hərəkətləri ilə onu narahat edir. Mülkiyyətindən normal qaydada istifadə edə bilmir. Bununla bağlı polisə də müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh X3 onun evindən çıxıb getmiş, bu günə kimi ondan heç bir xəbər yoxdur. Həmin vaxtdan onun yanında yaşamır, onun evinə gəlib-getmir. Onun tapılmasını istəyir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə iclasında İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının cavabdeh X3 tərəfindən pozulması halı İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Konkret halda, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçıya iddia ərizəsində qeyd edilmiş xüsusatları - konkret olaraq, X1 hüquqa zidd hərəkətlərinin olub-olmamasını faktlarla əsaslandırması təklif edilsə də iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı məhkəməyə verdiyi izahatında cavabdeh X1 xx.xx.2023-cü il tarixdən evdən çıxıb getdiyini, bu günə kimi ondan heç bir xəbər olmadığını, həmin vaxtdan onun yanında yaşamadığını bildirmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını, tədqiq olunmuş iş materiallarını və iş üzrə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, iddiaçının “fərdi yaşayış evinə icazəsiz gəlib getməyə, narahat etməyə yönəlmiş hərəkətlərə, mülkiyyətdən istifadə hüquqlarına mane olan qanunsuz hərəkətlərə son qoyulması” barədə iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evinə icazəsiz gəlib getməyə, narahat etməyə yönəlmiş hərəkətlərə, mülkiyyətdən istifadə hüquqlarına mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar