Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1968/2025 16.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən ümumi sahəsi 5,1231 ha olan torpaq sahəsindən onun payına düşən hissənin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən ümumi sahəsi 5,1231 ha olan torpaq sahəsi onun, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0,853849 ha hissəsi onun payıdır və həmin torpaq sahəsinin bir hissəsi ayrılaraq ona verilmişdir. Lakin, o mülkiyyətində olan torpaq sahəsinin tam olaraq ona verilməsini istəyir. Qeyd edilən torpaq sahəsindən onun payına düşən hissənin naturada ayrılaraq ona verilməsini tələb etsə də, cavabdehlər buna razı olmamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən 5,1231 ha torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçının payının ayrılmasına etirazı yoxdur. Ona görə də iddianı qəbul edir və iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən, ümumi sahəsi 5,1231 ha olan torpaq sahəsindən 0,853849 ha hissəsi İddiaçı, 0,853849 ha hissəsi Cavabdeh2, 0,800483 ha hissəsi Cavabdeh4, 0,800483 ha hissəsi Cavabdeh5, 0,800483 ha hissəsi Cavabdeh3 və 1,013945 ha hissəsi Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən, ümumi sahəsi 5,1231 ha olan torpaq sahəsindən 0,853849 ha hissəsi İddiaçı, 0,853849 ha hissəsi Cavabdeh2, 0,800483 ha hissəsi Cavabdeh4, 0,800483 ha hissəsi Cavabdeh5, 0,800483 ha hissəsi Cavabdeh3 və 1,013945 ha hissəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payına düşən hissənin ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətlərinə verilmiş, Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 0,853849 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətlərinə verilmiş, Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 0,853849 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1968/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1968/2025
16.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver