Məhkəmə qərarları › İş №2(017)-211/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-211/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-211/2024 19.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X9 (Cavabdeh3) və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X9 (Cavabdeh3) və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 168, KOD 60802018 saylı Dövlət aktına əsasən Ağcabədi rayonunun Arazbar kəndində yerləşən ümumi birgə mülkiyyətinə verilmiş 3,88 ha torpaq sahəsinin onlara düşən hissədə naturada ayrılaraq çıxarış alınması üçün onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı1 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 168, KOD 60802018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha torpaq sahəsi verilmişdir. O, qeyd edilən torpaq sahəsinə çıxarış almaq istəsə də, cavabdehlər buna razılıq vermirlər. Belə ki, o öz pay torpağını ayrıca istifadə etmək istəyir və cavabdehlər də buna imkan vermirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı2 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 168, KOD 60802018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha torpaq sahəsi verilmişdir. O, qeyd edilən torpaq sahəsinə çıxarış almaq istəsə də, cavabdehlər buna razılıq vermirlər. Belə ki, o öz pay torpağını ayrıca istifadə etmək istəyir və cavabdehlər də buna imkan vermirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X9 (Cavabdeh3) və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X9 (Cavabdeh3) və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1, X3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, Cavabdeh4 İsbəndiyar oğlunun, X2 və X6 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli arayışlardan görünür ki, X4 12 aprel 2002-ci ildə, X7 12 iyun 2021-ci ölmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyindən görünür ki, 30 aprel 1998-ci il tarixli, JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 0,485 ha olmaqla, payına düşən 0,97 ha (2x0,485 ha) hissənin naturada ayrılması mümkündür. 30 aprel 1998-ci il tarixli, JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha torpaq sahəsindən payların müəyyən edilərək ayrılmasını tələb edən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətinə ayrılması nəzərdə tutulan 0,97 ha torpaq sahəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X6 (Cavabdeh3) paylı mülkiyyətində qalan 2,91 ha torpaq sahəsinin sərhədlərinin döngə nöqtələri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1, X3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, Cavabdeh4 İsbəndiyar oğlunun, X2 və X6 ümumi birgə mülkiyyətinə JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, həmin torpaq sahəsindən iddiaçıların payına düşən hissəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1, X3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, Cavabdeh4 İsbəndiyar oğlunun, X2 və X6 JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0,485 ha, cəmi 0,97 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X5 (Cavabdeh3) müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1, X3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, Cavabdeh4 İsbəndiyar oğlunun, X2 və X6 JN 168, KOD 60802018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Arazbar kəndində yerləşən 3,88 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0,485 ha, cəmi 0,97 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Məmişova (Qasımova) Həqiqət İsbəndiyar qızı, X5 (Cavabdeh3) müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar