Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2261/2023 14.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı3, iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iştirakı ilə Torpaq sahəsindən payın naturada ayrılması və sənədin şəxsə məxsus olması tələbinə dair mülki işə Ağcabədi şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yerləşən ümumi sahəsi 32973,54 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun olaraq onlara aid hissənin naturada ayrılması və sənədin şəxsə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 mart 2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 32973,54 kvadrat metr kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi 5 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən onun paylı mülkiyyətinə verilmişdir. Buna dair adlarına A 022461 nömrəli Torpaq sahəsinin planı və ölçüsü adlı sənəd verilmiş, Dövlət Kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 128 nömrə ilə uçota alınmışdır. Onlar bir ailənin üzvləri olmuşlar. Payçılar onun anası və qardaşlarıdır. Onların payları müəyyən olunsa da naturada ayrılmamışdır. Cavabdehlə aralarında mübahisə olduğuna görə torpağı bir yerdə əkib-becərə bilmirlər. Payların ayrılması barədə Cavabdeh razılaşmadığına görə torpağın naturada bölünməsi və sənədləşdirilməsi mümkün olmamışdır. Paylarına düşən torpaq sahəsi bir tərəfdən bölünərək onlara verilməlidir. Eyni zamanda verilmiş A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəddə və həmin sənədin adlı siyahısında İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh soyadları müvafiq olaraq “Əliyev(a)” əvəzinə “Alıyev(a)” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Bu da onlara verilmiş torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı1 da iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən X1 Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində 32973,54 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan adlı siyahının surətindən görünür ki, qeyd edilən adlı siyahıda X6, X2, X9, X4 və X5 adları qeyd edilmişdir. Həmin torpaq sahəsində mülkiyyətçilərin payı bərabər olmaqla, hər birinin payı 6594,708 kv.metr təşkil edir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1975-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1978-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1945-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədə və həmin sənədin adlı siyahısına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 32973,54 kvadrat metr torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin payına düşən 6594,708 kv.metr torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməlidir. Eyni zamanda A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədə və həmin sənədin adlı siyahısında qeyd edilən X6, X2, X9, X4 və X7 ilə İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh eyni şəxs olması və dövlət aktının onlara məxsus olması iddiaçıların izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, iddia sənədin şəxsə məxsus olması hissəsində də təmin edilməli, A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin və həmin sənədin adlı siyahısının İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt da müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin və həmin sənədin adlı siyahısının İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. A 022461 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədə və həmin sənədin adlı siyahısına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində 32973,54 kvadrat metr torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin payına düşən 6594,708 kv.metr torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2261/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2261/2023
14.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver