Məhkəmə qərarları › İş №2(017)-2717/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2717/2025

16.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2717/2025 16.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı2, X1, İddiaçı5, İddiaçı3, İddiaçı7, İddiaçı6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı5, İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı7 Cavabdeh, üçüncü şəxs İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı5, İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı7 Cavabdeh, üçüncü şəxs İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsindən onların payına düşən hissənin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı vəfat etmişdir. Ona görə də cavabdeh qismində onun əri Cavabdeh qoymuşdur. Qeyd edilən torpaq sahəsindən onun payına düşən hissənin naturada ayrılaraq ona verilməsini tələb etsə də, cavabdeh buna razı olmamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı2, X1, İddiaçı5, İddiaçı3, İddiaçı7, İddiaçı6 nümayəndəsi X5 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı vəfat etmişdir. Ona görə də iddiaçılar cavabdeh qismində onun əri Cavabdeh qoymuşdur. Qeyd edilən torpaq sahəsindən iddiaçıların payına düşən hissənin naturada ayrılaraq onlara verilməsini tələb etsələr də, cavabdeh buna razı olmamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı4, Cavabdeh və üçüncü şəxs İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı 15 avqust 2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyul 2022-ci il tarixli, **********12 saylı çıxarışa əsasən İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsindən 9 nəfərdən ibarət torpaq mülkiyyətçilərinin hər birinə çatası payların bərabər hissədə (4,3168 ha: 9 = 0,47964 ha) naturada ayrılması mümkündür. Məhkəmə İddiaçı1 və iddiaçılar İddiaçı2, X1, İddiaçı5, İddiaçı3, İddiaçı7, İddiaçı6 nümayəndəsi X3 izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, həmin torpaq sahəsindən iddiaçıların payına düşən hissəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, X2, İddiaçı6, İddiaçı4, İddiaçı7 hər birinin payına düşən 0,47964 ha, cəmi 3,83715 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı7 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, **********12 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı5, İddiaçı6, Hacıyeva (Əhmədova) Rəmziyyə Rafiq qızı və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Muradxanlı kəndində yerləşən ümumi sahəsi 4,3168 ha olan torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, X2, İddiaçı6, İddiaçı4, İddiaçı7 hər birinin payına düşən 0,47964 ha, cəmi 3,83715 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı7 verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar