Məhkəmə qərarları › İş №2(017)-367/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-367/2025

03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-367/2025 03.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 0090, KOD 60811018 saylı Dövlət aktına əsasən Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4,46 ha torpaq sahəsinin naturada bölünərək payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 0090, KOD 60811018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha torpaq sahəsi verilmişdir. O, qeyd edilən torpaq sahəsinə çıxarış almaq istəsə də, cavabdeh buna razılıq verməmişdir. Belə ki, o öz pay torpağını ayrıca istifadə etmək istəyir və cavabdeh də buna imkan vermir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 0090, KOD 60811018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən iddiaçının payının ayrılmasına cavabdehin etirazı yoxdur. Ona görə də cavabdeh iddianı qəbul edir və torpaq sahəsinin naturada bölünməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0090, KOD 60811018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X3, X5, X4, Cavabdeh, X6 və İddiaçı ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 16 aprel 2016-cı ildə, X5 30 noyabr 2003-cü ildə, X4 05 aprel 2022-ci ildə və X6 05 dekabr 2008-ci ildə ölmüşlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X3, X5, X4, Cavabdeh, X6 və İddiaçı ümumi birgə mülkiyyətinə JN 0090, KOD 60811018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X3, X5, X4, Cavabdeh, X6 və İddiaçı JN 0090, KOD 60811018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,74 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X3, X5, X4, Cavabdeh, X6 və İddiaçı JN 0090, KOD 60811018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 4,46 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla İddiaçı payına düşən 0,74 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar