Məhkəmə qərarları › İş №2(017)-447/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-447/2023

30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-447/2023 30.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 1000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2022-ci ildə özünə məxsus olan müxtəlif avadanlıqları aralarında olmuş razılığa əsasən Rahibə vermiş, Rahib isə həmin avadanlıqların əvəzində ona 1000 manat verməli idi. Razılaşdıqları əmlakları Rahibə vermiş, lakin sonuncu bu günə kimi satılmış malın əvəzi olaraq 1000 manat pulu ona verməmişdir. Özünün ehtiyacı olduğuna görə cavabdehdən pulunu tələb etmiş, buna baxmayaraq cavabdeh ona verməli olduğu 1000 manat pulu qaytarmamışdır. Ona görə də cavabdehin ona 1000 manat borcu yaranmışdır. Lakin cavabdeh həmin pulu aradan xeyli müddət keçməsinə baxmayaraq ona verməmişdir. Cavabdehdən pulunu tələb edərək istəsə də, sonuncu tərəfindən həmin pul ona qaytarılmamışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və izahatından göstərdi ki, İddiaçı yaxından tanıyır. 2022-ci ildə Xəlil özünə məxsus olan müxtəlif avadanlıqları aralarında olmuş razılığa əsasən ona vermiş, həmin avadanlıqların əvəzində Xəlilə 1000 manat verməli idi. Maddi imkanı olmadığına görə Xəlilin pulunu qaytara bilməmişdir. Bu səbəbdən Xəlilə 1000 manat borcu yaranmışdır. Yaxın günlərdə Xəlilə olan 1000 manat borcunu işləyib hissə-hissə qaytarmağa söz verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində avadanlıq aldığını, həmin avadanlığa görə yaranmış 1000 manat məbləğində pulu bu günədək qaytarmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aralarında olan razılaşmaya əsasən 1000 manat məbləğində avadanlıq almışdır. İddiaçı pulunu tələb etsə də Pahib aldığı avadanlıqların əvəzi olaraq 1000 manat pulu Xəlilə qaytarmamışdır. Ona görə də cavabdehin iddiaçıya 1000 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 1000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh 1000 (bir min) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar