Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-762/2023 06.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ PROTOKOLU AĞCABƏDİRAYONMƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə, 06 iyun 2023-cü il tarixdə Ağcabədi şəhərində məhkəmə binasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə baxış iclasında baxılır. İclas saat 11:30-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açaraq baxılacaq işi elan edir. Sədrlik edən məruzə üçün iclas katibinə söz verdi. İclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına iddiaçı və cavabdeh gəlməmişlər. Sədrlik edən bildirir ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Sədrlik edən iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir, qayıtdıqdan sonra qərardadı elan edir. Sədrlik edən qərardadın məzmununu izah etməklə şikayət vermək qayda və müddətini izah edir. Sədrlik edən işdə iştirak edən şəxslərə məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 11:40-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 06 iyun 2023-cü il tarixdə tərtib edildi və imzalandı. Sədrlik edən: İclas katibi: İş № 2(017)-762/2023 Məhkəmə iclasının qərardadı xx.xx.2023-cü il Ağcabədi şəhəri Ağcabədi Rayon Məhkəməsi Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2023-cü il tarixə saat 11:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2023-cü il tarixə saat 11:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2023-cü il tarixə saat 11:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-762/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-762/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver