Məhkəmə qərarları › İş №2(017)-842/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-842/2024

10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-842/2024 10.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsinə payların müəyyən edilməsi, bölünməsi və naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 5,28 ha torpaq sahəsinə dair payların müəyyən edilməsi və Cavabdeh ilə aralarında bölünməsi, torpaq sahəsi naturada bölünərək onların torpaq sahəsində olan paylarının ümumi bir yerdə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN 322, Kod 60801018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən 5,28 ha torpaq sahəsi verilmişdir. X7 01 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. X4 vəfatından sonra iddaçılar və cavabdeh arasında torpağın istifadəsi və torpaq üzərində sərəncam verməklə bağlı mübahisə yaranmışdır. Belə ki, idiaçılar öz pay torpaqlarını ayrıca istifadə etmək istəyirlər. Lakin, Cavabdeh onlarla razılaşmır. Aralarında razılaşma olmadığından iddiaçılar öz pay torpaqlarından istifadə edə bilmirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəməyə ünvanladığı teleqramda mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı1 teleqramını nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 322, KOD 60801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X4, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5), İddiaçı4 (X6) ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən 5,28 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsinin 16 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X1 xx.xx.2014-cü il tarixdə soyad, ad və ata adı dəyişərək İddiaçı4 olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsinin 16 fevral 2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2018-ci il tarixdə soyad, ad və ata adı dəyişərək İddiaçı3 olnuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X4, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5), İddiaçı4 (X6) ümumi birgə mülkiyyətinə JN 322, KOD 60801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən 5,28 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X4, Cavabdeh, İddiaçı1, İddiaçı2, X2 (İddiaçı3) və X1 (İddiaçı4) JN 322, KOD 60801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən 5,28 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5) və İddiaçı4 (X6) hər birinin payına düşən 0,88 ha, cəmi 3,52 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5) və İddiaçı4 (X6) verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X4, Cavabdeh, İddiaçı1, İddiaçı2, X2 (İddiaçı3) və X1 (İddiaçı4) JN 322, KOD 60801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən 5,28 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bölgü aparılmaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5) və İddiaçı4 (X6) hər birinin payına düşən 0,88 ha, cəmi 3,52 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X5) və İddiaçı4 (X6) verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar