Məhkəmə qərarları › İş №2(017)-849/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-849/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-849/2023 22.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Hyundai Accent” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Fusion” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İddiaçı Sığorta Şirkəti dəymiş ziyanı aradan qaldıraraq “Ford Fusion” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən verilmiş 500 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu qanunla nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 109742 nömrəli sığorta aktının surətindən görünür ki, sığorta müqaviləsi – PAT********** nömrəli, növü icbari, sığortalanmış avtomobil - “Hyundai Accent” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta müddəti - başlama tarixi – xx.xx.2021-ci il, bitmə tarixi -xx.xx.2022-ci il, sığortaçı -İddiaçı sığorta şirkətidir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Hyundai Accent” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ YPX-nin İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə “Hyundai Accent” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatın surətindən görünür ki, “Ford Fusion” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar həmin avtomobilin 400 manat dəyərində ehtiyat hissələri, görülən işlərə görə - bir detala görə dəmirçi işi 50 manat, rəngsaz işi 50 manat, cəmi 100 manat xidmət haqqı hesablanmış və xidmət haqqının və dəyişdirilməsi vacib hesab edilən ehtiyat hissələrinin dəyərinin yekun cəmi 500 manat hesablanmışdır. İş materiallarında olan 8901 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 109742 nömrəli sığorta aktına əsasən 500 manat sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Hyundai Accent” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Fusion” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. Nəticədə “Ford Fusion” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 500 manat maddi ziyan vurmuşdur. Həmin ziyanın məbləği sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh sığorta ödənişinə görə 500 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat alınaraq İddiaçı Sığora Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia edilsin. Cavabdeh sığorta ödənişinə görə 500 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat alınaraq İddiaçı Sığora Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar