Məhkəmə qərarları › İş №2(017)-86/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-86/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-86/2023 16.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 51 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Ağcabədi rayonunun Avşar kəndində yaşayır, xeyli müddətdir Cavabdeh tanıyır. Cavabdeh yanına gəlmiş və ondan borca pul istəmiş, tanıdığına görə ona 2021-ci ilin aprel ayında 2000 manat, iyul ayında 250 manat, may ayında 500 manat sentyabr ayında 500 manat pul vermişdir. Lakin bu barədə qəbz almamışdır. Bayram ondan borca aldığı pulları söz verdiyi müddətdə qaytarmamışdır. Ona görə də borca verilmiş həmin pullara görə Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbz yazaraq ona vermişdir. Həmin vaxt borca verdiyi 250 manat pulu unutduğu üçün qəbzdə 3000 manat qeyd edilmişdir. Qəbz yazılan gün onun tərəfindən Cavabdeh pul verilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Cavabdeh borca 500 manat pul vermiş, həmin pula dair qəbz almamışdır. Ümumilikdə Cavabdeh ona 3750 manat borcu olmuş, həmin ərəfədə Bayramın kartı onda olmuş, kartdan cəmi 350 manat pul çıxarmışdır. Hazırda Bayram ona 3400 manat borclu qalmışdır. Ona görə də iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında bildirdi ki, İddiaçı tanıyır. Ona 500 manat pul lazım olduğuna görə Eyvaza müraciət etmiş, Eyvazın sözlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə qəbz yazaraq ona vermişdir. Lakin qəbz yazılan vaxt Eyvaz tərəfindən ona pul verilməmişdir. Qəbz yazılandan bir neçə gün sonra, yəni 17 may 2022-ci il tarixdə Eyvaz ona 500 manat pul vermişdir. Bundan başqa Eyvazdan pul almamışdır. Həmçinin pul kartını Eyvaza vermişdir ki, aldığı 500 manat pulun əvəzini kartdan çıxartsın. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə sübut etmə yükünü daşıyan İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə iddiaçıya iddia tələbini sübut etmək üçün şahid və digər sübut və dəlillər gətirməsini təklif etsə də, iddiaçı məhkəməyə yalnız iddia ərizəsində və izahatında göstərdiklərini, xx.xx.2022-ci il tarixli qəbzi təqdim edərək cavabdehin bu günə kimi borcunu qaytarmadığını və həmin pulları cavabdehdən tələb etməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırması zamanı həm iddiaçının və həm də cavabdehin izahatları ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə qəbz yazılsa da həmin vaxt İddiaçı tərəfindən Cavabdeh pul verilməmişdir. Ona görə də məhkəmə xx.xx.2022ci il tarixli qəbzi mötəbər sübut kimi qəbul etmir. Məhkəmə baxışı zamanı həmçinin iddiaçı və cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı 17 may 2022-ci il tarixdə Cavabdeh 500 manat borc pul vermişdir. Lakin, iddiaçı iddia ərizəsində yalnız xx.xx.2022-ci il tarixdə qəbzdə yazılmış 3000 manat pulu cavabdehdən tələb etmiş və məhkəməyə də yalnız xx.xx.2022-ci il tarixli qəbzi sübut növü kimi təqdim etmişdir ki, məhkəmə də həmin qəbzi mötəbər sübut kimi qəbul etməmişdir. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf edilməyərək inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən dəlillər əsassızdır və heç bir sübutla təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 3000 manat borc pul və ödənilmiş 51 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 3000 manat borc pul və ödənilmiş 51 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar