Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-913/2023 04.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh avtomobilinə vurduğu zərərə görə yaranmış 3995 manat, nəqliyyat xərcləri olaraq 2000 manat, inzibati cərimə kimi ödənilmiş 80 manat və ödənilmiş 65 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini dəqiqləşdirərək izahatında bildirdi ki, Mersedes Benz 190 minik markalı ** BX *** dövlət nişanlı avtomobil ona məxsusdur. 26 yanvar 2022-ci il tarixdə saat 9 radələrində Cavabdeh onun yanına gələrək vacib işi olmasını bildirdi və getmək üçün avtomobili 1-2 saatlığa ona verməyi xahiş etdi. Xahişini nəzərə alıb avtomobilin açarını ona verib. Təxminən bir saatdan sonra Cavabdeh zəng edərək Muğanlı kəndi ərazisində yol nəqliyyat hadisəsi törətməsini bildirdi. Dərhal hadisə yerinə getmiş və Cavabdeh ona məxsus avtomobili Muğanlı kəndində olan X1 məxsus olan yanacaqdoldurma məntəqəsinə çırparaq yararsız hala saldığını görmüşdür. Həmin vaxt hadisə yerinə X5 əməkdaşları gəlib baxış keçirmişlər. Avtomobilə vurulmuş zərərin məbləğinin hesablanması üçün yol polisi əməkdaşlarının iştirakı ilə mütəxəssis dəvət olunmuş və dəyən zərərin məbləği hesablanaraq 3995 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuş və 50 manat məbləğində inzibati zərimə olunmuş, əlavə penya hesablanaraq cərimə 80 manat hesablanmışdır. Cavabdeh əvəzinə 80 manat cəriməni ödəmiş və bu barədə qəbzi ərizəsinə əlavə etmişdir. Bundan sonra məcbur olub öz vəsaiti hesabına avtomobili təmir etdirmişdir. Təmir vaxtı dəfələrlə ustanın yanına və ehtiyat hissələri almaq üçün mağazaya gedib-gəlmiş, hər dəfə taksi ilə gedib gəldiyinə görə nəqliyyat xərci olaraq 2000 manat xərcləmişdir. Buna baxmayaraq qarşı tərəfin maddi vəziyyətini, aralarında olan qarşılıqlı razılaşmanı və ailə vəziyyətini nəzərə alaraq avtomobilə dəymiş zərərə görə 2000 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, 26 yanvar 2022-ci il tarixdə saat 12 radələrində onun təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi İddiaçı məxsus Mersedes Benz 190 minik markalı ** BX *** dövlət nişanlı avtomobili Muğanlı kəndində olan X1 məxsus yanacaqdoldurma məntəqəsinə çırparaq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı maddi ziyan vurmuşdur. İddiaçının maddi ziyana görə tələb etdiyi 2000 manat pulu ödəməyə razıdır. Həmin pulu qısa müddətə iddiaçıya ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli AP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh etibarnamə olmadan 26.01.202-ci il tarixdə Mersedes Benz 190 minik markalı ** BX *** dövlət nişanlı avtomobili idarə edərkən idarə etməni itirmiş, yoldan çıxaraq Muğanlı kəndində olan yanacaqdoldurma məntəqəsinin aparatına çırparaq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan 26.01.202-ci il tarixdə saat 12-00-da Mersedes Benz 190 minik markalı ** BX *** dövlət nişanlı avtomobili idarə etmiş, nəticədə İXM-nin 328.2. 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mersedes Benz 190 minik markalı ** BX ***dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, iddiaçı iddia tələbinin həcmini dəqiqləşdirərək (azaldaraq) maddi ziyana görə cavabdehdən cəmi 2000 manat pul tələb edir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Cavabdeh iddiaçının maddi ziyana görə ondan tələb etdiyi 2000 manat pulu ödəməyə razıdır. Beləliklə, məhkəmə iclasında İddiaçı məxsus avtomobilə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobilə Cavabdeh tərəfindən 2000 manat məbləğində vurulmuş ziyan, iş materialları ilə sübut edildiyinə görə iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 2000 manat və dövlət rüsumuna görə ödənilmiş 65 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat (iki min manat) və dövlət rüsumuna görə ödənilmiş 65 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-913/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-913/2023
04.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver