Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-976/2023 10.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1140 manat məbləğində vurulmuş zərərin və 31,40 manat dövlət rüsumunun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, VAZ 21099 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci ilin noyabrın 08-də cavabdeh Habib Rezai sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21099 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri H.Əliyev prospektində VAZ 2109 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ağcabədi RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən cavabdeh Habib Rezai Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 332.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(017)-553/2020 saylı qərarına əsasən cavabdeh Habib Rezai Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs qismində avtomobillərin təmiri və qiymətləndirilmə fəaliyyəti aparan X1 (VÖEN **********) tərəfindən verilmiş təmir smetasına əsasən VAZ 2109 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1140 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 5393 nömrəli ödəniş tapşırığı ilə 1140 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Lakin, Cavabdeh1 və Cavabdeh2 1140 manat məbləğində vurulmuş zərəri sığorta şirkətinə ödəməkdən yayınmışdır. Ona görə də həmin məbləğin, habelə 31,40 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 26 mart 2020-ci il tarixli sığorta müqaviləsindən görünür ki, VAZ 21099 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil 26 mart 2020-ci il tarixdən 26 mart 2021-ci il tarixədək müddətə sığortalanmışdır. İş materiallarında olan AD 704603 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 VAZ 21099 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülikyyətçisidir. İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 oğlu İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan 26 noyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1140 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, borc cavabdehlərdən alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31,40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1140 manat məbləğində vurulmuş zərər və 31,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-976/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-976/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver