Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-10/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin Cavabdeh qarşı “Qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsi, quraşdırılmış çəpərin və su hovuzunun sökülməsi, mühafizə zonasının boşaldılması, dövlət rüsumlarının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 Cavabdeh qarşı “Qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsi, quraşdırılmış çəpərin və su hovuzunun sökülməsi, mühafizə zonasının boşaldılması, dövlət rüsumlarının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, X5 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 16-cı km-liyində (Astara rayonu, Kijəbə qəsəbəsi inzibati ə r a z i s i n d ə n keçən hissəsində), kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsi, quraşdırılmış çəpərin və inşa edilmiş su hovuzunun sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “İddia həcminin artırılması barədə” ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, X5 Kəmərləri Sahəsinin istismarında olan yüksək təzyiqli “Astara-Qazıməmməd” (25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Astara rayonu, Kijəbə qəsəbəsi inzibati ə r a z i s i n d ə y e r l ə ş ə n , Cavabdeh tərəfindən əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsi, quraşdırılmış çəpərin və su hovuzunun öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etməklə verdiyi izahatında göstərdi ki, Cavabdeh “Astara-Qazıməmməd” magistral qaz kəmərinin "6 km-liyində (Astara rayonu, Kijəbə qəsəbəsi inzibati ərazisindən keçən hissəsində) kəmərdən 1-2 metr aralı məsafədə sitrus ağacları əkmiş, kəmərin mühafiə zonasında çəpər quraşdırmış və kəmərdən 15 metr aralıda su hovuzu inşa etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin X5 Kəmərləri sahəsinin balans və istismarında olan yüksək təzyiqli dövlət əhəmiyyətli cəhətdən strateji obyekt olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd" magistral qaz kəmərinin 16-ci km-liyi Astara rayonunun Kijəbə qəsəbəsinin ərazisindən keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən magistral boruların mühafizə zonası 50 metr metr müəyyən olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Astara rayon İcra Hakimiyyətinə, Astara rayon Polis şöbəsinə, FHN-nə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratdığını, bu səbəbdən də tikilinin sökülməli olduğunu bildirmişdir. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı qərarın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin (su hovuzunun) sökülməsi, mühafizə zonasında əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsini və mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsini cavabdehdən xahiş edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı 95 (doxsan beş) manat məbləğindəki dövlət rüsumunu AR-nın DƏDRX-nin Lənkəran ərazi idarəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 10/6576 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh Nəcibulla oğlu tərəfindən quraşdırılmış dəmir tordan (setka) ibarət çəpər ilə baxış zamanı Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral yeraltı qaz kəmərinin keçdiyi yer kimi təqdim olunmuş ərazi arasında ən yaxın məsafənin 5 metr, ən uzaq məsafənin 15 metr təşkil etdiyi, sitrus ağaçları ilə qaz kəməri arasında ən yaxın məsafəsinin 6 metr, ən uzaq məsafəsinin 16 metr olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndinin tələblərinə əsasən kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsinin mühafizə zonası olmasını nəzərə alaraq, ARDNŞ “Qaz İxrac” İdarəsi, X5 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara- Qazıməmməd” magistral qaz kəmərinin 16-ci km-liyində Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kəmərin 25 metrlik mühafizə zonasının 0,25 hektar hissəsinin Cavabdeh Nəcibulla oğlu tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh tərəfindən magistral qaz kəmərinin mühafizə zonasında, Astara rayonu, Kijəbə qəsəbəsi inzibati a ə r a z i s i n d ə y e r l ə ş ə n , Cavabdeh tərəfindən əkilmiş sitrus ağacları sonuncu tərəfindən çıxarılaraq köçürülməli, quraşdırılmış çəpər və su hovuzu öz vəsaiti hesabına sökülməli, mühafizə zonası boşaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 10/6576 nömrəli ekspert rəyinə əsasən Cavabdeh Nəcibulla oğlu tərəfindən quraşdırılmış dəmir tordan (setka) ibarət çəpər ilə baxış zamanı Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral yeraltı qaz kəmərinin keçdiyi yer kimi təqdim olunmuş ərazi arasında ən yaxın məsafənin 5 metr, ən uzaq məsafənin 15 metr təşkil etdiyi, sitrus ağaçları ilə qaz kəməri arasında ən yaxın məsafəsinin 6 metr, ən uzaq məsafəsinin 16 metr olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndinin tələblərinə əsasən kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsinin mühafizə zonası olmasını nəzərə alaraq, ARDNŞ “Qaz İxrac” İdarəsi, X5 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara- Qazıməmməd” magistral qaz kəmərinin 16-ci km-liyində Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kəmərin 25 metrlik mühafizə zonasının 0,25 hektar hissəsinin Cavabdeh Nəcibulla oğlu tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianı təmin edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1.Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. 2.Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 3.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 4.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək vəonun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 5.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğindəki rüsum cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin Cavabdeh qarşı “Qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən əkilmiş sitrus ağaclarının çıxarılaraq köçürülməsi, quraşdırılmış çəpərin və su hovuzunun sökülməsi, mühafizə zonasının boşaldılması, dövlət rüsumlarının ödənilməsi tələbinə dair” iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, X5 Kəmərləri Sahəsinin istismarında olan yüksək təzyiqli “Astara-Qazıməmməd” (25 atm) magistral qaz kəmərinin mühafizə zonası, Astara rayonu, Kijəbə qəsəbəsi inzibati ə r a z i s i ) mühafizə zonasının 0.25 hektar hissəsi Cavabdeh tərəfindən boşaldılsın. Həmin ərazidə ən yaxın məsafənin 5 metr, ən uzaq məsafənin 15 metr məsafədə yerləşən çəpər və su hovuzu Cavabdeh öz vəsaiti hesabına sökülsün. Həmin ərazidə ən yaxın məsafəsinin 6 metr, ən uzaq məsafəsinin 16 metr məsafədə yerləşən sitrus ağacları Cavabdeh öz vəsaiti hesabına çıxarılaraq köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat və 95 (doxsan beş) manat məbləğində olan dövlət rüsumu Cavabdeh alınıb iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» idarəsinin hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-10/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-10/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver