Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-101/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiası üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “vurulmuş zərərin və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ilkin iddia qaldıraraq, iddianın təmin edilməsi, Cavabdeh maddi ziyana görə 2145 (iki min bir yüz qırx beş) manat, mənəvi ziyana görə 1000 (bir min) manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı vurduğu zərərə görə 21000 (iyirmi bir min) manatın, ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ilkin iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hazırkı mülki iş üzrə cavabdehə qarşı olan iddia tələbi qismən təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinə Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı, JN-119A kod 80102028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş Astara rayonu, Ojəkəran kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin 0.20 hektar hissəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması, həmin yolun daralmasına səbəb olan süni arx Cavabdeh hesabına doldurulması və Cavabdeh 18000 (on səkkiz min) manat alınıb, İddiaçı verilməsi qət edilmişdir. Lakin cavabdeh həmin qətnaməsini icra etməkdən yayınmışdır. Bununla əlaqədar o, cavabdehin əvəzinə həmin yol ilə bağlı 39 kamaz hər birisi 30 manatdan olmaqla, cəmi 1170 manat, 39 ekskovator biri 25 manat olmaqla, cəmi 975 manat məbləğində pul xərcləyib yol düzəltmişdir. Cavabdeh qətnamənin icra etmədiyinə görə 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəydiyini bildirmişdir. Odur ki, o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı müvafiq qurumun razılığı və icazəsi olmadan onun evinə yaxın torpaq sahəsində qazıntı işləri aparmış, orada olan torpağı daşıyaraq dağ sularının axdığı arxı torpaqla doldurmuşdur. Nəticədə çirkab sular axaraq onun həyətində olan istifadə etdiyi su quyusuna dolmuş və quyuda olan su yararsız hala düşmüş, onun əkdiyi 300 ədəd mandarin və 200 ədəd feyxoa ağaclarının əkildiyi torpaq sahəsini su basmış, ağaclar məhv olunmuş və ona ümumilikdə 21000 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən İddiaçı həqiqətən də, qanunsuz olaraq torpağın qazdığı və təbii su axarının doldurulduğu aşkar edilmişdir. Odur ki, o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, hər iki iddia tələbləri ayrı-ayrılıqda rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(018)- 715/2018 nömrəli qətnaməsindan görünür ki, İddiaçı və onun ailə üzvlərinə Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı, JN-119A kod 80102028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş Astara rayonu, Ojəkəran kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin 0.20 hektar hissəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması, həmin yolun daralmasına səbəb olan süni arx Cavabdeh hesabına doldurulması və Cavabdeh 18000 (on səkkiz min) manat alınıb, İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 3(018)- 367/2022 nömrəli qərarından görünür ki, borclu Əliyev X1 rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(018)-715/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də, inzibati xətanı törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Mülki işə əlavə edilmiş RİHB-nın aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi tərəfindən tərtib edilmiş və RİHB-nın aparatının memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Astara rayonu, Ojəkəran kəndində gediş-gəliş yolunun daralmasına səbəb olan kanalın doldurulması üçün görüləcək işlərin smetası cəmi 3220 manat məbləğində təşkil edir. Mülki işə əlavə edilmiş 001880 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, cavabdeh məhkəməyə müraciət etmək üçün 153 (bir yüz əlli üç) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştiraklarının izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh maddi ziyana görə 2145 (iki min bir yüz qırx beş) manat, mənəvi ziyana görə 1000 (bir min) manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hazırkı mülki iş üzrə cavabdehə qarşı olan iddia tələbi qismən təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinə Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı, JN-119A kod 80102028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş Astara rayonu, Ojəkəran kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin 0.20 hektar hissəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması, həmin yolun daralmasına səbəb olan süni arx Cavabdeh hesabına doldurulması və Cavabdeh 18000 (on səkkiz min) manat alınıb, İddiaçı verilməsi qət edilmişdir. Lakin cavabdeh həmin qətnaməsini icra etməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı cavabdehin əvəzinə həmin yol ilə bağlı 39 kamaz hər birisi 30 manatdan olmaqla, cəmi 1170 manat, 39 ekskovator biri 25 manat olmaqla, cəmi 975 manat məbləğində pul xərcləyib yol düzəltmişdir. İş materiallarından məlum olur ki, borclu Əliyev X1 rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(018)-715/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də, inzibati xətanı törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi cavabdeh Əliyev X1 rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(018)-715/2018 nömrəli qətnaməsini icra etməməsinə görə inzibati qaydada tənbeh edilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması faktı iş materiallarında öz təsdiqini tapmamış, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Belə ki, məhz cavabdehin iddiaçıya qarşı olan təqsirli hərəkətləri nəticəsində iddiaçıya 2145 (iki min bir yüz qırx beş) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyanın dəyməsi barədə heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə öz münasibətini bildirərək qeyd edir ki, cavabdeh İddiaçı vurduğu zərərə görə 21000 (iyirmi bir min) manatın, ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etsə də, bu halı İddiaçı müvafiq qurumun razılığı və icazəsi olmadan onun evinə yaxın torpaq sahəsində qazıntı işlərinin aparılması ilə, orada olan torpağı daşıyaraq dağ sularının axdığı arxı torpaqla doldurması ilə, nəticədə çirkab sular axaraq onun həyətində olan istifadə etdiyi su quyusuna dolduğu ilə və quyuda olan su yararsız hala düşdüyü ilə, onun əkdiyi 300 ədəd mandarin və 200 ədəd feyxoa ağaclarının əkildiyi torpaq sahəsinin su ilə basdığı ilə, ağacların məhv olunduğu ilə və ona ümumilikdə 21000 manat məbləğində maddi ziyan dəyməsi ilə əsaslandırsa da, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçı isə iddia tələbini qəbul etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-101/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-101/2023
16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver