Məhkəmə qərarları › İş №2(018)-1036/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1036/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1036/2024 17.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı aldığı 1650 (bir min altı yüz əlli) manat pulun, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun və 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı, nümayəndəsi və vəkili Vəkil iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərmişdi ki, təmsil etdiyi şəxs İddiaçı Astara rayon Şahağacı kənd sakini Cavabdeh ilə rəsmi olaraq evlidir. Lakin onların nikahı formal xarakter daşıyır. Onlar artıq iki ildir ki, bir yerdə yaşamırlar. İddiaçı heç yerdə işləmir, uşaqlarını aldığı sosial müavinətlə dolandırır. 2023-cü ilin dekabr ayında uşaqlar üçün sosial müavinət almışdır. Əri Cavabdeh həmin pulu ondan almış və aprel ayında qaytaracağına söz vermişdir. Lakin sonradan o, həmin pulu qaytarmaqdan imtina etmiş və bu səbəbdən onların arasında mübahisə baş vermişdir. Mübahisə barədə DİN 102 xidmətinə zəng vurulmuşdur. Həmin şikayətlə əlaqədar Astara rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış 10 iyul 2024-cü il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh öz izahatında qeyd etmişdir ki, 30 iyun 2024 cü il tarixdə saat 20:00 radələrində evdə olan zaman arvadı Gülnar ona əvvəllər borc kimi verdiyi 1650 manat pulu tələb etmiş, buna görə aralarında münaqişə baş vermişdir. O ayın axırına kimi arvadından aldığı 1650 manat pulu qaytaracaqdır. Lakin həmin verdiyi sözdən 1 ay keçməyinə baxmayaraq Fəqan ondan aldığı pulu geri qaytarmır. Cinayət işinin başlanması haqqında qərar sübut kimi iddia ərizəsinə əlavə edilir. Cavabdeh İddiaçı aldığı 1650 (bir min altı yüz əlli) manat pulun, hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat pulun və 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı 1650 (bir min altı yüz əlli) manat pul vəsaiti almışdır, lakin həmin pul vəsaitini qaytarmamışdır. Əgər İddiaçı qeyd edilən pul vəsaitini xoşlula geri qaytarılmasını istəsəydi, o pul vəsaitini geri qaytara bilərdi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda Cavabdeh vermiş olduğu izahatından görünür ki, 2011-ci ildə Gulnar Məmmədova ilə ailə həyatı qurmuş və 2 övladı vardır. Arvadı ilə aralarında soyuqluq yaranmış və tez-tez aralarında mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evdə olan zaman arvadı Gülnar ona əvvəllər borc kimi verdiyi 1650 (bir min altı yüz əlli) manat pulu tələb etmiş və o da ona gələn ayın 30-na kimi vaxt verməyini xahiş etmişdir. Ancaq Gülnar pulu indi verməyini tələb etmiş, buna görə aralarında münaqişə baş verdiyindən Gülnar onun barəsində DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, ayın axırına kimi arvadından aldığı 1650 (bir min altı yüz əlli) manat pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan AZ-İ 700037 seriya və nömrəli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və 148 nömrəli nikah akt qeydi aparılmışdır. İş materiallarında olan AZ-İİ 983338 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X4 xx.xx.2012-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ 764320 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Astara rayon vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğdə pul ödəmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 510 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Şahağacı kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 02 (iki) il müddətinə Vəkil etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil xx.xx.2024-cü il tarixli 61 nömrəli müqavilə əsasında İddiaçı hüquqi yardım göstərir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 36 (otuz altı) manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 1650 (min altı yüz əlli) manat məbləğdə borc pul götürmüş və həmin borcu ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1650 (min altı yüz əlli) manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar