Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1041/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2746 (iki min yeddi yüz qırx altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Bir yerdə işləmişlər və yaxın münasibətləri vardır. 2023-cü ilin fevral ayının əvvəllərində Cavabdeh ondan 3 ay müddətə qaytarmaq şərti ilə borc pul istəmişdir. O, Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat borc pul vermişdir. Cavabdeh bu barədə ona müvafiq qəbz də yazıb vermişdir. Aralarındakı razılığa əsasən Cavabdeh borcunu hər ay 946 (doqquz yüz qırx altı) manat olmaqla 3 ay ərzində hissə-hissə ödəməli idi. Ancaq Cavabdeh ona olan borcundan cəmi 94 (doxsan dörd) manat ödəmiş qalan hissəsini qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı təqdim etdiyi borc qəbzini o tərtib etmiş və imzalamışdır. Ancaq o, İddiaçı hal-hazırda 2000 (iki min) manat borcu qalmışdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1967ci il tarixdə Qubadlı rayonun Xanlıq kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş Ə 014779 nömrəli və AA seriyalı 236203 nömrəli vəsiqələrin surətindən görünür ki, İddiaçı 2-ci qrup müharibə əlili olmaqla, Qubadlı rayonundan məcburi köckün düşmüşdür. Mülki işə əlavə edilmiş yazılı qəbzdən görünür ki, görünür ki, Cavabdeh İddiaçı hər ay 946 (doqquz yüz qırx altı) manat olmaqla, 03 ay müddətə qaytarmaq şərti ilə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində borc pul götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı yazılı qəbzə əsasən hər ay 946 (doqquz yüz qırx altı) manat olmaqla, 03 ay müddətə qaytarmaq şərti ilə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində borc pul götürmüşdür. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcdan ancaq 94 (doxsan dörd) manat ödəmiş qalan hissəsini qaytarmamışdır. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı 2-ci qrup müharibə əlili olmaqla, Qubadlı rayonundan məcburi köckün olmasına görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi 2746 (iki min yeddi yüz qırx altı) manat olmaqla tam təmin edilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 51 (əlli bir) manat təşkil edir. Ona görə də Cavabdeh 51 (əlli bir) manat pul alınıb, dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh 2746 (iki min yeddi yüz qırx altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 51 (əlli bir) manat pul alınıb, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1041/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1041/2023
28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver