Məhkəmə qərarları › İş №2(018)-1048/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1048/2023

09.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1048/2023 09.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X6 miras qalmış, Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsində və Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edərək, mərhum anası X7 adından tərtib edilmiş, 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsində, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evində və Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh onun bacısı mərhum X10 isə onların anasıdır. Mərhum anası X7 mülkiyyətində Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evi və Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsi olmuşdur. X3 23 avqust 2022-ci il tarixdə ölmüşdür. X2 onlardan başqa övladları olmamışdır və əmlaklarını heç kimə vəsiyyət etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul etdi. Belə ki, mərhum anası X6 mülkiyyətində olan Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evi və Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsi miras qalmışdır. X3 23 avqust 2022-ci il tarixdə ölmüşdür. Ancaq anası X10 ölməmişdən qabaq 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamə əsasında mülkiyyətində olan Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayonu, Ərcivan qəsəbə icra nümayəndəliyinin arayışından məlum olur ki, İddiaçı xx xxx 1970-ci il tarixdə anadan olmaqla Astara rayonu, Ərcivan qəsəbəsində yaşayır. Astara rayonu, Ərcivan qəsəbə icra nümayəndəliyinin 30 mart 2023-cü il tarixli arayışından məlum olur ki, arayışından məlum olur ki, X10 23 avqust 2022-ci il tarixdə ölmüşdür. O, ölənə kimi Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən evində yaşamış, öləndən sonra isə həmin evdə vərəsələri İddiaçı və Cavabdeh yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 ilə X11 nikahlarını 21 iyun 1993-cü il tarixdə 44 nömrəli akt qedyi ilə rəsmiləşdirmişlər. Mülki işə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət ryestrindən reyestr nömrəsi **********32-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 noyabr 2022-ci il olan şıxarışdan məlum olur ki, X7 mülkiyyətində Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət ryestrindən reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 noyabr 2022-ci il olan şıxarışdan məlum olur ki, X7 mülkiyyətində Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X8 23 may 1973-cü il tarixdə anadan olmuşdur. Onun atası X12, anası isə X10 olması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X5 12 avqust 1992-ci il tarixdə X8 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər və arvada Abdulkərimova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X10 23 avqust 2022-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Astara rayon Ərcivan qəsəbə icra nümayəndəliyində tərtib edilmiş 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X4 rayon Ərcivan qəsəbə sakinləri olan 2 nəfər şahidin iştirakı ilə mülkiyyətində olan Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN-252A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən 0,06 hektar həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan fərdi yaşayış evini qızı Cavabdeh vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh baçıdırlar. Onların X3 23 avqust 2022-ci il tarixdə ölmüşdür. X1 Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evi və Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsi miras qalmışdır. X10 ölməmişdən qabaq, 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamə əsasında mülkiyyətində olan Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evini Cavabdeh vəsiyyət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X6 miras qalmış Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evində İddiaçı mülkiyyət payı 1/4 (dörddə bir) hissədə, Cavabdeh mülkiyyət payı isə 3/4 (dörddə üç) hissədə, Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsidə isə onların hər birinin mülkiyyət payı 1/2 (ikidə bir) hissədə olması müəyyən edilməlidir. Məhkəmədə həmçinin o da aydın oldu ki, İddiaçı Astara rayon Ərcivan qəsəbə icra nümayəndəliyində tərtib edilmiş 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etmiş olsa da həmin tələbin əsaslı olmasına dair hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Hazırki mülki iş üzrə vəsiyyətnamə olmadığı üçün miras əmlakın qəbulu və vərəsələrin paylarının ayrılması qanun üzrə vərəsəlik əsasında həll edilməlidir. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası MM-in 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası MM-in 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Azərbaycan Respublikası MM-in 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki iş üzrə iddia tələbi qismən təmin edilməsinə görə Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. X6 miras qalmış, Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,06 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,8 kvadrat metr olan fərdi yaşayış evində İddiaçı mülkiyyət payı 1/4 (dörddə bir) hissədə, Cavabdeh mülkiyyət payı isə 3/4 (dörddə üç) hissədə olması müəyyən edilsin. X6 miras qalmış, Astara rayonu, Ərcivan qəsəbəsi ərazisində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsidə İddiaçı və Cavabdeh hər birinin mülkiyyət payı 1/2 (ikidə bir) hissədə müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Astara rayon Ərcivan qəsəbə icra nümayəndəliyində tərtib edilmiş 11 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar