Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-105/2025 05.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Xənhəsən oğluna qarşı “müəyyən edilmiş payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Xənhəsən oğluna qarşı “müəyyən edilmiş payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı "Mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi” tələb ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)- 902/2022 saylı qətnaməsilə iddia təmin edilmiş, Astara rayonu Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cü il tarixli 03 saylı qərarı ilə Astara rayonu Kijəbə qəsəbəsində yerləşən 0.69 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan sahəsindən Cavabdeh1 payı 15/56 hissədə, Cavabdeh4, (Kamal) Xanhəsən oğlu, X1 və Cavabdeh3 hər birinin payları ayrı-ayrılıqda 11/56 hissədə və onun payı 08/56 hissədə müəyyən edilmişdir. Ümumi əşyanın bölünməsi üsulu və şərtləri haqqında aralarında narazılıq vardır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Astara rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-902/2022 saylı qətnaməsi müəyyən edilmiş 08/56 (əlli altıda səkkiz) hissədə payının naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Xənhəsən oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Xənhəsən oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair J №-053 Dövlət Aktından görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.69 hektar torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 08 fevral tarixli 03 nömrəli qərarı ilə Cavabdeh1, X3 və ailə üzvləri X2, Cavabdeh2, Cavabdeh3, X4 və İddiaçı birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-902/2022 saylı qətnaməsindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsində Cavabdeh1 payı 15/56 (əlli altıda on beş) hissədə, Cavabdeh4 (Kamal) Xanhəsən oğlu, Cavabdeh2 və Cavabdeh3 hər birinin payları ayrı-ayrılıqda 11/56 (əlli altıda on bir) hissədə və İddiaçı payı 08/56 (əlli altıda səkkiz) hissədə müəyyən olunmuşdur. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 reyestr nömrəli Çıxarışla İddiaçı, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,6896 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0.58 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 reyestr nömrəli Çıxarışla İddiaçı, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,6896 ha (faktiki vəziyyətdə 0,58 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız bir tərəfdən (şərq və şimal-şərq istiqamətdən) yol ilə (yəni torpaq sahəsinə girişçıxışın bir tərəfdən olması) sərhəd olması müəyyən olunmuşdur və həmin 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tərəflərin payına uyğun olaraq aralarında naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, Torpağa Mülkiyyət Hüququna Dair J №-053 Dövlət Aktına əsasən, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.69 hektar torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 08 fevral tarixli 03 nömrəli qərarı ilə Cavabdeh1, X3 və ailə üzvləri X2, Cavabdeh2, Cavabdeh3, X4 və İddiaçı birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-ci il tarixli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 reyestr nömrəli çıxarışla İddiaçı, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,6896 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun 0.58 ha ölçüdə öz əksini tapması müəyyənolunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 reyestr nömrəli Çıxarışla İddiaçı, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,6896 ha (faktiki vəziyyətdə 0,58 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız bir tərəfdən (şərq və şimal-şərq istiqamətdən) yol ilə (yəni torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olması) sərhəd olması müəyyən olunmuşdur və həmin 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tərəflərin payına uyğun olaraq aralarında naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə "Torpağa mülkiyyət hüququna dair JN-0053 nömrəli 80102018 KOD-lu dövlət aktı ilə Cavabdeh1, X5, X2, Cavabdeh2, X4, İddiaçı və Cavabdeh3 verilmiş 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 08/56 (əlli altıda səkkiz) hissəsi, yola çıxışı olmaqla yola nisbətdə sol tərəfdən naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə "Torpağa mülkiyyət hüququna dair JN-0053 nömrəli 80102018 KOD-lu dövlət aktı ilə Cavabdeh1, X5, X2, Cavabdeh2, X4, İddiaçı və Cavabdeh3 verilmiş 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı olan 08/56 (əlli altıda səkkiz) hissəsi,yola çıxışı olmaqla yola nisbətdə sol tərəfdən naturada bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-105/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-105/2025
05.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver