Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-11/2023 07.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı Cavabdeh Ağabulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağabulla oğluna qarşı “Dəymiş ziyanın bərpası tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ağabulla oğluna qarşı “Dəymiş ziyanın bərpası tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Ağabulla oğlundan ona vurduğu maddi ziyana görə 5880 (beş min səkkiz yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, özünəməxsus olan “Ramil” şadlıq sarayının aşbazxanasının üstünü bağlamaq üçün ona usta lazım olmuşdur. O, tanışı Səxavət vasitəsi ilə Astara rayonu Ərcivan qəsəbə sakini Cavabdeh Ağabulla oğlu ilə görüşüb, “Ramil” şadlıq sarayının aşbazxanasının üstünü bağlamaq barədə razılığa gəlmişlər. O, aralarındakı razılığa görə Cavabdeh Ağabulla oğluna 800 (səkkiz yüz) manat pul vermişdir. Cavabdeh Ağabulla oğlu aşbazxanasının üstünü bağladıqdan sonra yağış yağarkən aşbazxanasının damının dammasını görüb, Cavabdeh Ağabulla oğlu çağırmış və sonuncu ondan əlavə olaraq 100 (bir yüz) manat pul istəmiş və o, əlavə olaraq 500 (beş yüz) manat dəyərində tikinti materialı almışdır. Cavabdeh Ağabulla oğlu təmir işlərini qurtardıqdan sonra da aşbazxanasının damından yağış suları içəri axmışdır. O, Cavabdeh Ağabulla oğluna cəmi əməkhaqqı kimi 880 (səkkiz yüz səksən) manat pul vermiş və tikinti materiallarına cəmi 5000 (beş min) mant pul xərcləmişdir. Ancaq Cavabdeh Ağabulla oğlu ona həvlə edilmiş işin öhdəsindən gəlməmiş və ona cəmi 5880 (beş min səkkiz yüz səksən) manat ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Ağabulla oğlu iddianı qəbul etmədi izahat verərək bildirdi ki, o, İddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq ona olan “Ramil” şadlıq sarayının aşbazxanasının üstünü bağlamışdır. O, öz işini lazımı qaydada yerinə yetirmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 05 fevral 1957-ci il tarixdə Astara şəhərində anadan olmuş və Astara şəhəri Nizami küçəsi ev 56-da yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 10/6101 nömrəli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Astara şəhərində yerləşən “Ramil” şadlıq sarayının aşbazxanasının damının bərpasına (dəmir təbəqələrin birləşən hissələrinə izolyasiya məhlulu çəkilməsinə) sərv olunan materialların və görülməli işlərin dəyəri təqribən 291 (iki yüz doxsan bir) manat təşkil edir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı özünəməxsus olan “Ramil” şadlıq sarayının aşbazxanasının üstünü bağlamaq üçün Cavabdeh Ağabulla oğlu danışıb, razılığa gəlmişlər. Sonuncu “Ramil” şadlıq sarayının aşbazxanasının damını bağlamış olsa da dəmir təbəqələrin birləşən hissələrinə izolyasiya məhlulu çəkmədiyindən yağıç yağanda həmin yerdən su buraxmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən həmin işlərin görülməsi 291 (iki yüz doxsan bir) manat təşkil edir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 291 (iki yüz doxsan bir) manat məbləğindəki pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənilməsi tələbinə dair” hissəsini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul Cavabdeh Ağabulla oğlundan alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********0002088501 X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Ağabulla oğluna qarşı “Dəymiş ziyanın bərpası tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh Ağabulla oğlundan 291 (iki yüz doxsan bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-11/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-11/2023
07.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver