Məhkəmə qərarları › İş №2(018)-110/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-110/2025

11.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-110/2025 11.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyətində olan, Astara Rayon Vaqo kəndində yerləşən 0,06 h. torpaq hissəsinin naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Paylı mülkiyyətdə olan payının naturada ayrılması və Cavabdeh mülkiyyətində olan qonşu torpaq shəsindən keçməklə onun mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunun açılması, açılmış yolun servitutla yüklü ediməsi, servitutun dövlət qeydyyatına alınması xərclərinin cavabdehin üzərinə qoyulması" haqda qərar çıxarılmasını, servitutun marşrutu və texniki göstəricilərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunması, yaradılacaq servitutun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar yaranacaq məhkəmə xərcləri cavabdehin üzərinə qoyulması məsələlərinin nəzərə alınmasını, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ən az zərər verən texniki marşrut üzrə giriş-çıxış hüququnun müəyyən edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, **********31-10301 saylı çıxarışa əsasən Astara r., Vaqo kəndində paylı mülkiyyətdə olan 0,20 hektar sahəsi üzərində ona düşən pay 0,06 hektar təşkl edir. Bu 0,06 hektarlı torpaq 25 iyul 2007-ci ildə müqavilə əsasında ona əvəssiz bağışlanıb. Oana bağışlanmış 0.06 ha torpaq sahəsi üzərində mülkliyyət hüququnun olması Dövlət Reyesterində qeydə alınmışdır. Digər payçılarla payının naturada ayrılmasında razılığa gələ bilmirlər. Bu da tərəflər arasında mübahisələrin yaranmasına səbəb olur. Odur ki, paylı mülkiyətində olan, Astara Rayon Vaqo kəndində yerləşən 0,06 h. torpaq hissəsinin naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materialında olan Astara RİHB Siyəkü kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Astara rayonu, Vaqo kəndində yaşayır. İş materialında olan ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən sahəsi 71.8 kvadratmetr olan fərdi yaşayış evi, 0.14 ha yaşayış məntəqələri kateqoriyasına aid olan torpaq sahəsi Cavabdeh və 0.06 ha yaşayış məntəqələri kateqoriyasına aid olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materialında oan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2790 saylı ekspert rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********31-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin planlı yerləşməsini (yalnız birtərəfdən 7 m məsafədə yol ilə sərhəd olmasını), həmin torpaq sahəsində tikililərin planlı yerləşmə vəziyyətini (yaşayış evləri və yardımçı tikililərin yerləşmə vəziyyətini) nəzərə alaraq, sözügedən 0,20 ha torpaq sahəsindən İddiaçı 0,06 ha hissə payının naturada təctid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2790 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə payın naturada ayrılması, giriş-çıxış yolunun açılması, açılmış yolun servitutla yüklü edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar