Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1126/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X46 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, cavabdeh X16 və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh X22 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X22 qarşı Astara Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı vermiş olduğu iddia tələbini onunla əsaslandırmışdır ki, məhrum X4 məhrum anası X17 ilə 1947-ci ildə ailə həyat qurmuşlar. Birgə nikahdan onların 7 nəfər uşaqları yəni xx.xx.1949-cü il tarixdə X5, xx.xx.1962-ci il tarixdə İddiaçı, xx.xx.1967-ci il tarixdə Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, xx.xx.1953cü il tarixdə X18, X19, X9 və X6 adlı uşaqları anadan olmuşdur. X4 xx.xx.2011-ci il tarixdə, anası X10 xx.xx.1979-cü il tarixdə, qardaşı X9 12,04.2013-cü il tarixdə, qardaşı X19 xx.xx.2015-ci il tarixdə və qardaşı X6 xx.xx.2018- ci il tarixdə vəfat etmişlər. Məhrum X4ndan Astara rayonu, Çayoba kəndində 0.16 hektar həyətyani torpaq sahəsi miras qalmışdır. Miras torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvlərimlə birlikdə yaşayır. Həmin fərdi yaşayış evində bütün vərəsələr boya-başa çatmışlar. Hazırda həmin torpaq sahəsində o, və digər vərəsə X2 oğlu Cavabdeh qanunsuz olaraq ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. Beləliklə miras qalmış torpaq sahəsindən payların müəyyən edilməsində cavabdeh ilə razılığa gələ bilməmişlər. Odur ki, məhkəmə qaydasında payların müəyyən edilməsi zəruriyyəti yaranmışdır.Məhkəmənin nəzərinə çatdırır ki, vərəsələrdən Hummətova (X11, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı və X18 vəfat etmiş atamız X12 qalmış miras payı qəbul etməmiş, gələcəkdə və bununla bağlı heç bir tələb və iddiaları olmadığını bildirməklə bu barədə ərizə yazaraq ona vermişlər. Hansı ki, həmin ərizələri iddia ərizəsinə əlavə edir.İddia ərizəsinə əlavə etdiy JN-302 A nömrəli həyətyani torpaq sahəsinin şəhadətnaməsilə təsdiq olunur ki, məhrum X4nun mülkiyyətində Astara rayonu Çayoba kəndi ərazisində 0.16 həyətyani torpaq sahəsi mövcuddur.Hesab edir ki, hazır ki, mülki mübahisə vərəsəlik hüququ münasibətindən irəli igələn münasibətlərə aid olduğundan məhkəməyə müraciət etməli olmuşam. Astara rayonu, Çayoba kəndi ərazisində mərhum X4ndan miras qalmış 0.16 hektar həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh X28 iddianı qəbul edərək bildirdi ki, atası X9 12,04.2013-cü il tarixdə fəfat etmişdir. X1 miras qalmış 0.16 hektar həyətyanı torpaq sahəsində atası vəfat edəndən əvvəl və sonra o, anası X24 ilə və iddiaçı isə ailəsi ilə birlikdə yaşayırlar. Babalarının ölümündən əvvəl və hazırda əmiləri və bibiləri başqa yerdə daimi yaşayırlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X16 nümayəndəsi X24 iddianı qəbul etdiklərini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki mübahisə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə aid olduğuna görə, həmin mübahisə üzrə qaldırılmış iddiaya, mirasın açılmasına, miras əmlakın kütləsinə, vəsiyyət və qanun üzrə vərəsələrin dairəsinə, miras əmlakda payların müəyyən olunmasına və digər məsələlərə qiymət verilməsi, nəticədə mülki hüquq mübahisəsinin daha anlaşılan həll olunması üçün tələblərə ayrı-ayrılıqda qiymət verilməsi daha məqbuldur. Odur ki, məhkəmə aşağıdakı meyarlarla mülki mübahisənin həll olunmasını daha qanuni və əsaslı hesab edir: İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X23 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Astara Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.1979-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının xx.xx.1988-ci il tarixli 04 saylı qərarı ilə Astara rayonu, Telman kəndində yerləşən 0,16 hektar torpaq sahəsi X20 verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X5 vəfat etmiş X4ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacaqını bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı vəfat etmiş X4ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacaqını bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X18 vəfat etmiş X4ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacaqını bildirmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1949-cu il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmaqla, Lənkəran rayonu, Mamusta kəndində yaşayır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı xx.xx.1967-ci il tarixdə Astara rayonu, Telman kəndində anadan olmaqla, Astara rayonu, Çayoba kəndində yaşayır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1962-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Çayoba kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İ-JQ N 292543 saylı, xx.xx.1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X29 arasında nikah xx.xx.1978-ci il tarixdə Astara rayon Pensər kənd XDS İcraiyyə Komitəsində bağlanmış və 23 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Beləliklə, məhkəmə hesab edir ki, miras X13 öldüyü gün, yəni xx.xx.2011-ci il tarixdə açılmışdır və mərhum ölümündən sonra Astara rayonu, Çayoba kəndi ərazisində 0.16 hektar həyətyanı torpaq sahəsini miras qoymuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən və digər hüquqmüəyyənedici sənədlərdən görünür ki, X13 yeddi nəfər övladları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcələnin 1243.2-ci maddəsində deyilir ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X13 yeddi nəfər övladlarından X5, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, X18, X19 və X6 hələ onun sağlığında daimi yaşamaq üçün başqa ünvanlra köçərək yaşamışlar. Övladlardan İddiaçı və X9, ataları Balahəsən Nuriyevin ölümündən sonra miras əmlakı faktiki qəbul edib orada yaşamışlar. X9 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun övladları X30, Əmirova (Nuriyeva) Nuridə Bahəddin qızı, X14 və X25 ərizə ilə məhkəməyə müraciət edərək Astara rayonu, Çayoba kəndində yerləşən X7 miras qalmış 0,16 ha həyətyani torpaq sahəsindən düşən paydan imtina edirlər və həmin pyların anaları-X8 və qardaşları X16 xeyrinə rəsmiləşdirilməsinə etiraz etmirlər. Yuxarıda qeyd olunanları nəzərə alarq, məhkəmə hesab edir ki, Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X20 məxsus 0,16 ha həyətyani torpaq sahəsi X13 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X2 oğlu X16 ¼ hissədə, həyat yoldaşı X8 ¼ hissədə payları müəyyən olunmalıdır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X20 məxsus 0,16 ha həyətyani torpaq sahəsi X13 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X2 oğlu X16 ¼ hissədə, həyat yoldaşı X8 ¼ hissədə payları müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1126/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1126/2023
14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver