Məhkəmə qərarları › İş №2(018)-1136/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1136/2025

08.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1136/2025 08.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı cavabdeh X4 tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı cavabdeh X4 tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən mülkiyyətində olan fərdi yaşayış evində qalmış taxt, 2 ədəd kreslo, termo, şifoneri, servantı, beşik və bir dəst yorğan-döşəyin Cavabdeh tərəfindən otaqdan çıxarılıb aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddilarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Cavabdeh atasına qarşı nankorluq etmiş, bir övlad kimi hörmətini saxlamamışdır. Cavabdeh əvvəllər, yəni 4 il bundan əvvəl iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamışdır. Birlikdə yaşadıqları müddətdə cavabdehdən hörmətsizlik görmüşdür. Birgə yaşamaq mümkün olmadığından cavabdeh 4 il bundan əvvəl evdən çıxmış və hazırda başqa yerdə yaşayır. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində taxtı, 2 ədəd kreslosu, termo, şifoneri, servantı və bir dəst yorğan-döşəyi qalmışdır. İddiaçı dəfələrlə tələb etsə də cavabdeh həmin əşyalarını könüllü olaraq aparmamışdır. Cavabdehin əşyalarının evdə qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hörmətli məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının övladlarından yalnız X5 bir oğul kimi atasına xidmət göstərir və övlad borcunu yerinə yetirir. İddiaçı yalnız Vidadi Baxşıyevdən razıdır. Lazım gələrsə, o, məhkəməyə dəvət edilərək dindirilə bilər. Odur ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən mülkiyyətində olan fərdi yaşayış evində qalmış taxt, 2 ədəd kreslo, termo, şifoneri, servantı, beşik və bir dəst yorğan-döşəyin Cavabdeh tərəfindən otaqdan çıxarılıb aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 104.1 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Astara RİHB-nın Ərçivan qəsəbə İƏDÜN-nin 408 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış İddiaçı məxsusdur. Bu hal Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarışı bunu təsdiq edir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlanılan taxt, 2 ədəd kreslo, termo, şıfoner, servant, beşik və bir dəst yorğan-döşək cavabdeh X4 tərəfindən çıxarımalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlanılan taxt, 2 ədəd kreslo, termo, şıfoner, servant, beşik və bir dəst yorğan-döşək cavabdeh X4 tərəfindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar