Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-117/2024 22.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ilə, İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlak, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən Astara rayonu Şahağacı kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqrama ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağə mümkün hesab etmişdir. İddiaçı imzaladığı iddia ərizəsindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarına əsasən onun və Cavabdeh mülkiyyətlərinə Astara rayonu Şahağacı kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A nömrəli (KOD:********) şəhadətnamədə müvafiq qeyd edilmişdir. Cavabdeh harada yaşaması barədə məlumat yoxdur. Ona görə də o, qeyd edilən torpaq sahəsində özünə məxsus olan payın müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 21 oktyabr 1966-cı il tarixdə anadan olmaqla, Astara rayonu Şahağacı kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A nömrəli (KOD:********) şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və Cavabdeh mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və Cavabdeh mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsində payları bərabərdir. İddiaçı həmin torpaq sahəsində payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən, iddia qaldırılması üçün İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumuna görə 100 (bir yüz) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası n təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı və Cavabdeh hər birinin paylarının ayrıayrılıqda 1/2 (iki də bir) hissədə olması müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumuna görə Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-117/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-117/2024
22.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver