Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1183/2023 13.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, iddiaçılar İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının nümayəndəsi Vəkil Əfladdin oğlunun, cavabdeh X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının cavabdeh X8 X7, Cavabdeh3 qarşı “Mirasın qəbul edilməsi faktının və mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının cavabdeh X8 X7, Hüseynova (Əhədova) Xatirə Güldadaş qızına qarşı “Mirasın qəbul edilməsi faktının və mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının cavabdeh X12 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin həcminin azaldılmasını, mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili, iddiaçılar İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının nümayəndəsi Vəkil Əfladdin oğlu iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıların və ailə üzvülərinin ümumi mülkiyyətlərinə, Astara rayonu Şahağacı kəndi ərazisində 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət verilməsinə dair” JN:174 (KOD:********) nömrəli şəhadətnamə tərtib edilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsindən məhkəmə qaydasında payların müəyyən edilməsində zərurət yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul etdi və məhkəmə iclasında göstərdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə onun və ailə üzvülərinin ümumi mülkiyyətlərinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həminçinin atası X9 həmin torpaq sahəsində olan payını 15 avqust 2012-ci il tarixli vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. Ona görə də qeyd edilənləri nəzərə almağı xahiş etdi. Mülki iş üzrə digər cavabdehlər X7, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş sənədlərin surətindən məlum olur ki, İddiaçı1 16 sentyabr 1973-cü il tarixdə, İddiaçı2 12 yanvar 1965-ci il tarixdə və Əhədov (Fərəcova) Püstə Fəzail qızı 09 iyul 1995-ci il tarixdə anadan olmuşlar. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X13 Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 04 iyul 2023-cü il tarixli arayışından məlum olur ki, X9 ilə X18 24 aprel 1961-ci il tarixdə evlənmişlər. Evləndikdən sonra arvada Əhədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 04 iyul 2023-cü il və 25 iyul 2023-cü il tarixli arayışlarından məlum olur ki, İddiaçı3 İman qızı 14 sentyabr 1995-ci il tarixdə, X9 14 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş “Torpağa mülkiyyət verilməsinə dair” JN:174 (KOD:********) nömrəli şəhadətnamədən və Astara rayon icra hakimiyyəti başçısının Şahağacı kənd icra nümayəndəliyinin arayışından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X3, İddiaçı1, Əhədova (Mürsəlova) Xalidə Mirzərəhim qızının, Əhədov (Fərəcova) Püstə Fəzail qızının, X6 mülkiyyətlərinə, Astara rayonu Şahağacı kəndi ərazisində 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 15 avqust 2012-ci il tarixli, 2-v-01-589 reyestr nömrəli vəsiyyətnamədən məlum olur ki, X9 mülkiyyətində olan Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini oğlu X8 vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş Astara rayon icra hakimiyyəti başçısının Şahağacı kənd icra nümayəndəliyinin 03 iyul 2023-cü il tarixli 523 nömrəli arayışından görünür ki, X9 öldükdən sonra onaməxsus olan evdə İddiaçı1 və X12 yaşayır, çıxıb gedən vərəsələr isə X7, Hüseynova (Əhədova) Xatirə Güldadaş qızıdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X3, İddiaçı1, Əhədova (Mürsəlova) Xalidə Mirzərəhim qızının, Əhədov (Fərəcova) Püstə Fəzail qızının, X6 mülkiyyətlərinə, Astara rayonu Şahağacı kəndi ərazisində 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X1 öz payını 15 avqust 2012-ci il tarixli, 2-v-01-589 reyestr nömrəli vəsiyyətnamə ilə oğlu X8 vəsiyyət etmiş və 14 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçılar həmin torpaq sahəsindən payların müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsində paylar müəyyən edilərkən, qeyd edilən vəsiyyətnamə və payçılardan X6 ölməsi nəzərə alınmalıdır. Ona görə də Məhkəmə hesab edir ki, “Torpağa mülkiyyət verilməsinə dair” JN:174 (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 mülkiyyət payı 7/30 (otuzda yeddi) hissədə, İddiaçı2 mülkiyyət payı 1/5 (beşdə bir) hissədə, Əhədov (Fərəcova) Püstə Fəzail qızının mülkiyyət payı 1/5 (beşdə bir) hissədə, X6 mülkiyyət payı 3/10 (onda üç) hissədə, X4 mülkiyyət payı 1/30 (otuzda bir) hissədə və Hüseynova (Əhədova) Xatirə Güldadaş qızının mülkiyyət payı 1/30 (otuzda bir) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçı X10 ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Əhədov (Fərəcova) Püstə Fəzail qızının cavabdeh X8 X7, Cavabdeh3 qarşı qarşı “mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, “Torpağa mülkiyyət verilməsinə dair” JN:174 (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 mülkiyyət payı 7/30 (otuzda yeddi) hissədə, İddiaçı2 mülkiyyət payı 1/5 (beşdə bir) hissədə, Əhədov (Fərəcova) Püstə Fəzail qızının mülkiyyət payı 1/5 (beşdə bir) hissədə, X6 mülkiyyət payı 3/10 (onda üç) hissədə, X4 mülkiyyət payı 1/30 (otuzda bir) hissədə və Hüseynova (Əhədova) Xatirə Güldadaş qızının mülkiyyət payı 1/30 (otuzda bir) hissədə olması müəyyən edilsin. İddiaçı X11 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumu cavabdeh X5, X2, Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçılara ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1183/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1183/2023
13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver