Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1197/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 onun xeyrinə 450 (dörd yüz əlli) manat məbləğində əsas borcun, 500 (beş yüz) manat məbləğində ona vurduğu mənəvi zərərin, 1.000 (min) manat məbləğində ona vurduğu maddi zərərin, cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyim 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində yaşadığını, yolunun uzaq olması və maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib. Onun iştirakı olmadan işə baxaraq iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, cavabdeh X3 oğlu Cavabdeh1 Səfər oğlu vasitəsilə tanımışam. 2022-ci ilin avqust ayında Binə qəsəbəsi, Məscid yolunda yaşayan Səfərin evində mətbəx mebeli yığmış. Qiyməti qabaqcadan 1150 (min yüz əlli) manata razılaşmışdıq. Cavabdeh həmin məbləğdən 700 manat ödəyib, qalan 450 manatı isə dəfələrlə mobil telefon nömrəsinə zəng edib, evinə getməklə tələb etməyinə baxmayaraq ödəmir. (Bu barədə vatsapda səsli sms-lər yazıldığı disk və sms-lərin gəldiyi cavabdehə məxsus nömrənin əks edildiyi fotoşəkli ərizəyə əlavə edir) Cavabdeh ona olan inamımdan istifadə etməklə onu aldatması nəticəsində pulunun alınması üçün dəfələrlə ona mobil telefonla zəng etməyi, evinə getməyi, hüquqşünasa polisə, məhkəməyə müraciət etməyi, ərizə yazdırmağı ona maddi ziyan vurmuşdur. O, ailəlidir, 2 məktəbli oğlu var. Valideynləri də işləmir, onun himayəsindədirlər. Sifarişçilər, yəni cavabdehlər vaxtında pulunu ödəsəydi, maddi vəsaitlər alıb, işlər görüb gəlir götürərdi. Hesab edir ki, itirdiyi qazanc, yəni cavabdehlərin ona vurduqları 1.000 (min) manat məbləğində maddi zərər cavabdehlər X1 və Cavabdeh1 Səfər oğlundan onun xeyrinə tutulmalıdr. Bundan başqa, cavabdehlərin inamından istifadə etməklə, pulunu qaytarmaması, onların uzun müddət ərzində onu aldatdıqları üçün hüquqmühafizə orqanlarına müraciət etməyi nəticəsində mənəvi sarsıntı və əzab keçirmiş ki, bununla da cavabdeh ona mənəvi ziyan vurmuşdur. Cavabdehin sadaladığı qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində uzun müddət sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş. Ona görə də ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində qiymətləndirir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən tutulmalıdır.Cavabdehlər X1 və Cavabdeh1 Səfər oğlundan onun xeyrinə 450 (dörd yüz əlli) manat məbləğində əsas borcun, 500 (beş yüz) manat məbləğində ona vurduğu mənəvi zərərin, 1.000 (min) manat məbləğində ona vurduğu maddi zərərin, cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyim 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iştirak edən zaman İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan oğluna ünvanlanmış Suraxanı rayon Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, 30-cu PŞ-nə yazılmış müraciət tərəflərindən araşdırılmışdır. Müraciətdə qeyd etdilmiş fikirləri nəzərə alaraq, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə görə 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 30 A yaşayır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə İddiaçı iddia tələbinin mənəvi və maddi zərər ilə əılaqədar istinad etdiyi halları sübut etməmiş və o barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 450 (dörd yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat çəbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Fərəc oğlu və Cavabdeh1 450 (dörd yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1197/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1197/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver