Məhkəmə qərarları › İş №2(018)-125/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-125/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-125/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və ödənilmiş dövlət rüsumunun geri tələbi barədə” ilkiniddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və ödənilmiş dövlət rüsumunun geri tələbi barədə” iddia qaldıraraq, Cavabdeh 2300 (iki min üç yüz) manat pulun ondan alınması və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh usta olmasına görə yaşayış evinin təmir edilməsi ilə əlaqədar ona 6 ədəd qapı düzəldilməsini sifariş vermişdir. Bu məqsədlə o, onun keçmiş arvadıdır. Belə ki, cavabdeh ona başqa kişilərlə xəyanət etdiyinə görə onlar ayrılmışlar. Birgə nikah dövründə 2019-cu il tarixdə Rusiya Federasiyasında yaşayan dayısı X1 rayonu, Kijəbə qəsəbəsində inşa etmiş evinin təmiri üçün “Zolotaya Korona” sistemi vasitəsilə Səbuhi Abdullayevdən əlavə üç nəfərin vasitəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğindəki pulu onun adına köçürmüşdür. Həmin puldan 10000 (on min) ABŞ dolları hissəsi evin təmiri üçün xərclənmiş, digər 10000 (on min) ABŞ dolları məbləğindəki pulun saxlanılmasını dayısı ona etibar etmişdir. O, isə həmin pulun saxlanılmasını iddiaçı Fəridə Ağayevaya vermişdir. Onun cavabdehlə münasibətləri pozulduqdan sonra o, həmin pulları cavabdehdən geri tələb etmiş və cavabdeh pulun evdə olduğunu ona bildirmişdir. Lakin, keçmiş arvadının xəyanəti aşkar olduqdan sonra aydın olmuşdur ki, cavabdeh həmin pulu Elvin Qənbərov adlı şəxsə avtomobil almaq məqsədilə vermişdir. Qeyd etdi ki, cavabdeh tərəfindən pulun götürülməsi barədə “whatsapp” yazışmaları və onunla telefon danışıqları olmuşdur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X6 İddiaçı ilə eyni məzmunlu izahat verərək İddiaçı gösətdiyini xüsusatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X12 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçı ilə birgə nikah dövründə olduğu zaman iddiaçı və iddiaçının valideynləri onu bir ailə üzvü kimi qəbul etməmişlər. İddiaçı onun yanında telefonla başqa qadınlarla danışmış, günlərlə evə gəlməmişdir. İddia edilən pulun onda olmadığını, iddia edilən məbləğindəki pul iddiaçı tərəfindən ona heç vaxt verilmədiyini, həmin pulun Elvin Qənbərov adlı şəxsə avtomobil almaq məqsədilə verilməsi barədə heç vaxt ifadə işlətmədiyini bildirmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi (atası) X13 cavabdeh X12 ilə eyni məzmunlu izahat verərək cavabdeh X7 gösətdiyini xüsusatları bir daha da təsdiq etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edək üçüncü şəxs X2 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, onun qardaşı X3 öz evinin təmir edilməsi üçün 20000 (iyirmi min) ABŞ dolları məbləğindəki pulu iddiaçıya göndərmişdir. Həmin puldan 10000 (on min) ABŞ dolları məbləğindəki pul xərclənmişdir. Qardaşı ona bildirmişdir ki, pulun digər hissəsi Arazın yaşadığı evdə saxlanılmışdır. Lakin, Araz Ağayevin anası ona 10000 (on min) ABŞ dolları məbləğindəki pulun gəlini Fəridə Ağayeva götürüb vermək istəmədiyini demişdir. Məhkəmə tərəflərin və əvvəlki məhkəmə baxışı iclasında iştirak edək üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olmasına görə rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş fiziki şəxsin vəsaitin alınması üçün müraciətlərindən görünür ki, X3, X14, X11 və Məmmədov Yasin tərəfindən İddiaçı hesabına ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul köçürülmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 142 (bir yüz qırx iki) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X5 10000 (on min) ABŞ dolları məbləğindəki pulu tələb etmişdir. Lakin, cavabdeh öz izahatında iddia edilən pulun götürdüyünü təsdiq etməmiş, bu barədə iddiaçı mötəbər sübut Məhkəməyə təqdim etməmiş, bu halı təsdiq edən hər hansı bir sübut iş materiallarında öz təsdiqini tapmamışdır. Ona görə də, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X9 qarşı “pul və ödənilmiş dövlət rüsumunun geri tələbi barədə” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar