Məhkəmə qərarları › İş №2(018)-1255/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1255/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1255/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X24 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Astara Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı vermiş olduğu iddia tələbini onunla əsaslandırmışdır ki, X8 və X7 13 noyabr 1953 cü ildə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların X14, X15, X12, İddiaçı, X9, Cavabdeh, X16, X17. X18. X13. X10 və X19 adlı on iki övladları olmuşdur.X8 15 sentyabr 2000 - ci ildə ölmüşdür. X7 25 oktyabr 2005-ci ildə ölmüşdür. Onlardan miras əmlak kimi X4 adına verilmiş 0,06 ha birgə mülkiyyətdə olan torpaq sahəsidir. Həmin torpaq sahəsi İddiaçı tərəfindən faktiki olaaraq qəbul olunmuş və onun tərəfindən idarə olunur.X1 və X3 miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin vərəsələr İddiaçı və Cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək, ona qarşı verilmiş iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki mübahisə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə aid olduğuna görə, həmin mübahisə üzrə qaldırılmış iddiaya, mirasın açılmasına, miras əmlakın kütləsinə, vəsiyyət və qanun üzrə vərəsələrin dairəsinə, miras əmlakda payların müəyyən olunmasına və digər məsələlərə qiymət verilməsi, nəticədə mülki hüquq mübahisəsinin daha anlaşılan həll olunması üçün tələblərə ayrı-ayrılıqda qiymət verilməsi daha məqbuldur. Odur ki, məhkəmə aşağıdakı meyarlarla mülki mübahisənin həll olunmasını daha qanuni və əsaslı hesab edir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara şəhəri, S.Vurğun küçəsi 295 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 25 oktyabr 2005-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 15 sentyabr 2000 - ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X10 22 may 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 25 dekabr 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0,06 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş ИE159246 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X7 arasında nikah 13 noyabr 1953-cü il tarixdə Astara rayon Toradi kəndində 24 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 03 avqust 1957-ci il Astara rayonu, Asxanakəran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 01 aprel 1955-ci il Astara rayonu, Asxanakəran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X18 12 aprel 1975-ci il Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 05 may 1977-ci il Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 09 may 1973-cü il Astara şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Beləliklə, məhkəmə hesab edir ki, miras X4 öldüyü gün, yəni 25 oktyabr 2005-ci il tarixdə açılmışdır və mərhum ölümündən sonra Astara rayonu, Çayoba kəndi ərazisində 0.16 hektar həyətyanı torpaq sahəsini miras qoymuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən və digər hüquqmüəyyənedici sənədlərdən görünür ki, X4 on iki nəfər övladları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcələnin 1243.2-ci maddəsində deyilir ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X4 on iki nəfər övladlarından İddiaçı və Cavabdeh anaları X4 ölümündən sonra miras əmlakı faktiki qəbul etmişlər. Yuxarıda qeyd olunanları nəzərə alarq, və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyani torpaq sahəsinə, X4 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payları müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyani torpaq sahəsinə, X4 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payları müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar