Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1257/2024 29.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakları ilə, İddiaçı X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzəbala oğlundan 2900 (iki min doqquz yüz) manat borcun və ödənilmiş 49 (qırx doqquz) manat rüsumun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı X7 iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı X7 iddia ərizəsində göstərmişdi ki, o, Cavabdeh Mirzəbala oğluna borc məqsədilə bankdan kredit götürmək şərtilə 2900 manat vermişdir. Bankdan götürdüyü krediti Cavabdeh əvəzinə ödəmişdir. Bundan sonra Cavabdeh dəfələrlə ondan borcun qaytarılmasına dair möhlət istəmiş və o da onun maddi vəziyyətini nəzərə alaraq güzəşt getmişdir. Bu yaxınlarda Cavabdeh bildirmişdir ki, daha ona güzəşt getməyəcəkdir və ona olan borcu qaytarsın. Cavabdeh hərəkətsizlik edərək borcu qaytarmaqdan imtina etdi. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfindən Cavabdeh Mirzəbala oğluna verilmiş 2900 manat borcun qaytarılması və ödədiyi 49 manat rüsumun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ona X7 tərəfindən borc verilməmişdir. Buna görə də, ona borcun verilməsi ilə bağlı heç bir sübut təqdim edə bilir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid X13 bildirdi ki, Cavabdeh o vaxtı işlədiyi mağazada onun şahidliyi ilə X1 Elşən Mirzəbaba oğluna 2000 (iki min) manatdan artıq məbləğdə pulu borc olaraq vermişdir. Məhkəmədə şahid X9 bildirdi ki, Cavabdeh onun qonşusudur. Onun şahidliyi ilə Cavabdeh işlədiyi mağazada X1 Elşən Mirzəbaba oğluna 2000 (iki min) manatdan artıq məbləğdə pulu borc olaraq vermişdir. Məhkəmə iddiaçı X3, Cavabdeh, şahid X10, şahid X6 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materialında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli **********33 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı X7 tərəfindən 49 (qırx doqquz) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh X4 2900 (iki min doqquz yüz) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Həmin hal şahid ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 49 (qırx doqquz) mant məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub X4 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub X4 verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1257/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1257/2024
29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver