Məhkəmə qərarları › İş №2(018)-126/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-126/2025

24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-126/2025 24.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə birgə mülkiyyətlərində olan, ********** saylı çıxarış əsasında Astara rayon Kijəbə qəsəbəsində verilmiş 0,39 ha torpaq sahəsindən onların payına düşən hissənin naturada ayrılması və dövlət reyestrində qeydə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirib iddialarının təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişdirlər ki, onlar ailə üzvləri ilə birgə Astara rayon Kijəbə qəsəbəsində yaşayırlar. Azərbaycan Respublikası ərazisində aparılmış torpaq islahatları ilə bağlı ailə üzvlərinin sayına uyğun olaraq yaşadığları Astara rayonu Kijəbə qəsəbəsində 0,39 ha torpaq sahəsi ********** saylı torpağın mülkiyyətə verilməsinə dair çıxarış ilə birgə mülkiyyətlərinə verilmiş, ailə üzvləri kimi biz ümumi mülkiyyətlərində olan torpaq sahəsindən birlikdə istifadə edərək əldə etdiyləri gəlirləri ailənin ümumi tələbatına sərf etmişlər. Onlara verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin çıxarışında qeyd olunan cavabdeh qardaşı Cavabdeh uzun müddətdir ki, Rusiya dövlətində yaşayır. Onunla əlaqələri kəsilmişdir. Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-428\2024 saylı qətnaməsi ilə onlara düşən paylar müəyyən olunmuşdur. Odur ki, onlara düşən payların naturada ayrılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, cavabdeh ilə birgə mülkiyyətlərində olan, ********** saylı çıxarış əsasında Astara rayon Kijəbə qəsəbəsində verilmiş 0,39 ha torpaq sahəsindən onların payına düşən hissənin naturada ayrılması və dövlət reyestrində qeydə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş iş materiallarını və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2, İddiaçı1 və Cavabdeh paylı mülkiyyətinə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2300 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-717/2025 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********25 reyestr nömrəli çıxarışına əsasən İddiaçı2 3/8, İddiaçı1 3/8 və Cavabdeh 1/4 hissə paylı mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən ümumi sahəsi 0.39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada planlı yerləşməsini və bir istiqamərdən təxminən 45 metr məsafədə yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun şəkildə naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Kijəbə qəsəbəsində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı2 3/8 hissə pay olmaqla, İddiaçı1 3/8 hissə pay olmaqla və Cavabdeh ¼ hissə pay olmaqla məxsusdur. İş materiallarında olan AZ№ ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Sulatan qızı xx.xx.1965-ci il tarixdə Astara rayonu, Motlayataq kəndində anadan olmuşdur. İş materiallarında olan AZ№ ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Sulatan qızı xx.xx.1963-cü il tarixdə Astara rayonu, Motlayataq kəndində anadan olmuşdur İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, Tağıyeva X1 rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, Tağıyeva X2 rayonu, Kijəbə qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, xx.xx.2024-cü il tarixdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 3/8 hissə pay olmaqla, İddiaçı1 3/8 hissə pay olmaqla və Cavabdeh ¼ hissə pay olmaqla mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2300 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-717/2025 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********25 reyestr nömrəli çıxarışına əsasən İddiaçı2 3/8, İddiaçı1 3/8 və Cavabdeh 1/4 hissə paylı mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən ümumi sahəsi 0.39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada planlı yerləşməsini və bir istiqamərdən təxminən 45 metr məsafədə yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun şəkildə naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kijəbə qəsəbəsində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı2, İddiaçı1 və Cavabdeh məxsus olan, sahəsi 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 payı olan 3/8 hissə torpaq sahəsi və İddiaçı1 payı olan 3/8 hissə torpaq sahəsi (ekspert rəyində göstərilən sxemə uyğun olaraq) naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu Kijəbə qəsəbəsində yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı2, İddiaçı1 və Cavabdeh məxsus olan, sahəsi 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 payı olan 3/8 hissə torpaq sahəsi və İddiaçı1 payı olan 3/8 hissə torpaq sahəsi (ekspert rəyində göstərilən sxemə uyğun olaraq) naturada bölünsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: lqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar