Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1261/2023 15.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 2500 (iki min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında göstərdi ki, Cavabdeh onun qohumudur. 2018-ci ilin aprel ayında atası Şahid ona 2500 (iki min beş yüz) manat pul verərək həmin pulu bank vasitəsi ilə Cavabdeh göndəryi xahiş etmişdir. Atası ona bildirmişdir ki, Cavabdeh maddi vəziyyəti yaxşı olmamasına görə ondan 5000 (beş min) manat borc pul istəmişdir. Maddi vəziyyətiləri yaxşı olmadığına görə atası ona 2500 (iki min beş yüz) manat pul vermiş o, da həmin pulu bank vasitəsi ilə Cavabdeh göndərmişdir. Ancaq Cavabdeh sonra borcunu qaytarmamışdır. Ona görə də İddiaçı atası hərbi prokurorluğa müraciət etmişdir. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında dindirilən Şahid məhkəmə iclasında göstərdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə onun qohumudur. Cavabdeh 2018-ci ilin aprel ayında ondan 5000 (beş min) manat borc pul istəmişdir. Maddi vəziyyətiləri yaxşı olmadığına görə İddiaçı 2500 (iki min beş yüz) manat pul verərək həmin pulu bank vasitəsi ilə Cavabdeh göndərməsini bildirmişdir. İddiaçı 2500 (iki min beş yüz) manat pulu bank vasitəsi ilə Cavabdeh göndərmişdir. Sonra isə Cavabdeh borcunu qaytarmamasına görə hərbi prokurorluğa müraciət etmiş, orada müvafiq araşdırma aparılsa da pul qaytarılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş TT**********6522520 nömrəli bank sənədindən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh 27 aprel 2018-ci il tarixdə bank vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul göndərilmişdir. Mülki işə əlavə edilmiş Lənkəran Hərbi Prokurorluğunun “Cinayət işinin başlanmasının rəd edilməsi haqqında” 17 may 2021-ci il tarixli qərarından məlum olur ki, Şahid oğlu vasitəsi ilə Cavabdeh verdiyi 2500 (iki min beş yüz) manat pulun qaytaılmasını tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı atasından borc pul istəmiş və İddiaçı tərəfindən Cavabdeh 27 aprel 2018-ci il tarixdə bank vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul göndərilmişdir. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcu qaytarmamışdır. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumuna görə 46 (qırx altı) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 46 (qırx altı) manat pul alınıb, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1261/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1261/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver