Məhkəmə qərarları › İş №2(018)-1265/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1265/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1265/2023 29.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 6000 (altı min) manatın və ödənilən 80 (səksən) manat dövlət rüsumunun, Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə həmkəndlidir. Bir gün ona yaxınlaşaraq borc pula ehtiyacı olduğunu bildirdi. Onu tanıdığından üstəlik həmkəndli olduğundan sözündən keçə bilməyib 13 sentyabr 2022-ci il tarixdə, saat 19-20 radələri arasında borc pul verdi. Bununla bağlı cavabdeh ona yazılı qəbz təqdim edərək borclu olduğunu təsdiq etdi. Buna baxmayaraq cavabdeh borcundan bir qəpik olsun belə qaytarmayıb. Cavabdeh X4 vədinə xilaf çıxaraq borcu ödəməyə öhdəliyini icra etmədi. Artıq bir ildən yuxarı olar ki, cavabdeh X3 borcunu ödəməkdən yayınır. Onun borcunu könüllü şəkildə verməyəcəyinə əmin olub, problemin məhkəmə qaydasında həll olunmasına qərar vermişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Tərəfindən Cavabdeh borc görə verilmiş 6000 (altı min) manatın və ödənilən 80 manat məhkəmə rüsumunun, Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmədə iştirak edən zaman iddianı qəbul edərək bildirmişdi ki, İddiaçı 6000 manat borc alıb, lakin maddi imkanı olmadığına görə borcunu qaytara bilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə Astara rayonu, Motlayataq kəndində doğulmuşdur və Astara rayonu, Siyəkü kəndində yaşayır. İş materiallarında olan qəbzindən müəyyən olunur ki, Cavabdeh İddiaçı 6000 (altı min) manat məbləğdə pul götürmüşdür. İş materiallarında olan Astara rayon İHB-nın Siyəkü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2065 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Siyəkü kəndində yaşayır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 80 (səksən) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 6000 (altı min) manat məbləğdə borc pul götürmüş və həmin borcu ödəməmişdir. Göstərilənlərə əsasən və məhkəmədə iştirak edən zaman cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 (altı min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar