Məhkəmə qərarları › İş №2(018)-1310/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1310/2023

13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1310/2023 13.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və cavabdeh ənbərov Samir Baloğlan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «verilmiş borcun geri tələbi» barədə iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında müəyyən etdi: İddiaçı ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «verilmiş borcun geri tələbi» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar