Məhkəmə qərarları › İş №2(018)-140/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-140/2024

25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-140/2024 25.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı1 və X7 cavabdehlər X13 və Cavabdeh2 qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi tələbi barədə” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X17 cavabdehlər X13 və Cavabdeh2 qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində iddiaçılar İddiaçı1 və X8 cavabdehlər X14 və Cavabdeh2 hər birinin müılkiyyət payının 1/6 hissədə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iştirak etmədi. Onu nümayəndəsi (qızı) Nümayəndə məhkəmə iclasında təmsil etdi. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı ilə hazırkı məhkəmə prosesinin keçirilməsini mümkün hesab etdi. İddiaçı1 nümayəndəsi (qızı) Nümayəndə məhkəmə hazırlıq iclasında məhkəməyə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində iddiaçılar İddiaçı1 və X8 cavabdehlər X14 və Cavabdeh2 hər birinin müılkiyyət payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X11 məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (qızı) Nümayəndə iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı X17 İddiaçı1 oğlu, cavabdehlərdən X20 isə onun mərhum oğlu X9 arvadı və Cavabdeh2 isə mərhum oğlu X9 oğludur. ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsi iddiaçılar İddiaçı1 və X8 cavabdehlər X14 və Cavabdeh2 həmçinin X5 və Cavabdeh2 Əyyub oğlunun paylı mülkiyyətində olmuşdur. Onlardan mülkiyyət payı 1/5 hissədə olan X15 və mülkiyyət payı 5/20 hissədə olan Cavabdeh2 Əyyub oğlu ölmüşlər. İddiaçılardan İddiaçı1 mülkiyyət payı 5/20 hissədə və X8 mülkiyyət payı 1/5 hissədə, cavabdehlər X14 mülkiyyət payı 1/20 hissədə və Cavabdeh2 mülkiyyət payı 1/20 hissədə olmuşdur. Hal-hazırda isə 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsinin mülkiyyətçiləri tərəflərdir. Mülkiyyət payı 1/5 hissədə olan X5 və mülkiyyət payı 5/20 hissədə olan Cavabdeh2 Əyyub oğlunun ölməsindən sonra yeni vəziyyət yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə digər cavabdeh X13 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı1 nümayəndəsi (qızı) Nümayəndə izahatını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yerindən olan arayışlardan məlum olur ki, İddiaçı1 xx xxxxxx 1948-ci ildə və X17 isə xx xxxxxxxx 1973cü ildə ünvan 2 ünvanında yaşayırlar. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh2 Əyyub oğlu 17 fevral 2022-ci il tarixdə, X15 isə 23 dekabr 2015-ci il tarixdə ölmüşdür. X15 ölən vaxta kimi subay olmuşdur. Mülki işə əlavə edilmiş Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati dairəsi üzrə nümayəndəsinin 15 yanvar 2024-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh2 Əyyub oğlunun vərəsələri X17, X12, X10, Nümayəndə, X6, X18 və X15 olmuşdur ki, X1, X18 və X15 ölmüşlər. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********68-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 avqust 2023-cü il olan çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində İddiaçı1 mülkiyyət payı 5/20 hissədə, X8 mülkiyyət payı 1/5 hissədə, X14 mülkiyyət payı 1/20 hissədə, Cavabdeh2 mülkiyyət payı 1/20 hissədə, X5 mülkiyyət payı 1/5 hissədə olan və Cavabdeh2 Əyyub oğlunun mülkiyyət payı 5/20 hissədə olmuşdur. X15 və Cavabdeh2 Əyyub oğlu ölmüşlər və onun vərəsələri qalmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində İddiaçı1 mülkiyyət payı 5/20 hissədə, X8 mülkiyyət payı 1/5 hissədə, X14 mülkiyyət payı 1/20 hissədə, Cavabdeh2 mülkiyyət payı 1/20 hissədə, X5 mülkiyyət payı 1/5 hissədə olan və Cavabdeh2 Əyyub oğlunun mülkiyyət payı 5/20 hissədə olmuşdur. X15 və Cavabdeh2 Əyyub oğlu ölmüşlər. Cavabdeh2 Əyyub oğlunun 1-ci növbəli vərəsələri İddiaçı1, X12, X10, Nümayəndə, X6, X18 və X15 olmuşdur ki, X1, X18 və X15 olmuşdur. X1, X18 və X15 ölmüşlər ki, X2 və X5 uşaqları olmamışdır. İddiaçılar İddiaçı1 və X17 həmin 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. On görə də, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində İddiaçı1 mülkiyyət payı 155/240 hissədə, X8 mülkiyyət payı 53/240 hissədə, X14 mülkiyyət payı 1/20 hissədə, Cavabdeh2 mülkiyyət payı 17/240 hissədə, X4 mülkiyyət payının 5/240 hissədə, X3 mülkiyyət payı 5/240 hissədə və Nümayəndə mülkiyyət payı 5/240 hissədə olması müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı1 və X7 cavabdehlər X13 və Cavabdeh2 qarşı “mülkiyyətçilər arasında payın müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********68-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 avqust 2023-cü il olan çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 0,2287 hektar paylı mülkiyyətdə olan yaşayış məntəqələri koteqoriyalı torpaq sahəsində İddiaçı1 mülkiyyət payının 143/240 hissədə, X8 mülkiyyət payının 53/240 hissədə, X14 mülkiyyət payının 12/240 hissədə, Cavabdeh2 mülkiyyət payının 17/240 hissədə, X4 mülkiyyət payının 5/240 hissədə, X3 mülkiyyət payının 5/240 hissədə və Nümayəndə mülkiyyət payının 5/240 hissədə olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar