Məhkəmə qərarları › İş №2(018)-1416/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1416/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1416/2023 29.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X5 oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı «2409 manat məbləğində pul və 45 manat dövlət rüsumu tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı «2409 manat məbləğində pul və 45 manat dövlət rüsumu tələbinə dair» məhkəmədə iddia qaldırmışdır. İddiaçı X1 tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasını işlədir. O, fəaliyyət göstərdiyi Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında Cavabdeh xx.xx.2021-ci il tarixində dəyəri 790 manat olan 1 ədəd çarpayı atlatik belly, dəyəri 250 manat olan 1 ədəd tumba atlantik belly, dəyəri 200 manat olan 1 ədəd döşək ekoraf 160x200, dəyəri 308 manat olan 2 ədəd vitrin 1 qapı əfsanə, dəyəri 540 manat olan 1 ədəd kamod əfsanə, dəyəri 115 manat olan 8 ədəd stul sultan avval və dəyəri 35 manat olan 2 ədəd naçnik, cəmi 3386 manal mah 200 manat ilkin ödəniş etməklə satmışdır. Belə ki, xx.xx.2021-ci il tarixində X3 mağazaya yaxınlaşaraq yuxarıda adları qeyd olunmuş malları almaq istədiyini bildirmiş, cavabdeh tərəfindən 200 manat ilkin ödəniş edilməklə qalan 3186 manatı 18 ay müddətinə aylıq 177 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin mallaı ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə, yəni xx.xx.2022-ci ildən başlayaraq 18 ay müddətində hər ay 177 manat olmaqla xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı məhsulun ümumi məbləğindən cəmi 977 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi ödəməmiş və ticarət mərkəzinə 2409 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməsinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə 13 iyul 2023-cii il tarixində xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyimə baxmayaraq o, mağazaya olan borcunu ödəməmişdir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən xüsüsatları əsas gətirərək, Cavabdeh 2409 (iki min dörd yüz doqquz) manat məbləğində pul və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəməyə elektron ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X4 tərəfindən verilmiş iddiaya baxaraq, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə aşağıda qeyd olunan sənədləri sübut növü kimi qəbul edir:

1. X4 ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci tarixli, müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş 200 manat etmək şərti ilə, 18 ay müddətinə dəyəri 3386 manat məbləğində müxtəlif növ mebel əşyalarını kreditlə vermişdir.

2. 25 sentyabr 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 28 dekabr 2021-ci tarixli kredit müqaviləsi üzrə 2409 (iki min dörd yüz doqquz) manat borcu vardır.

3. «FURQAN MEBEL» şirkəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.

4. Ödəniş tapşırığından görünür ki, iddiaçı « X4 məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 45 (qırx beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və beləliklə iddiaçı X2 borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı olan borcu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 28 dekabr 2021-ci tarixli kredit müqaviləsi üzrə 2409 (iki min dörd yüz doqquz) manat pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar